Əsas Səhifə > Siyasət, Manşet > Radikal vəhabilərin lideri Əlixan Musayevin İŞİD-lə bağlı gizli internet fətvası ortaya çıxdı

Radikal vəhabilərin lideri Əlixan Musayevin İŞİD-lə bağlı gizli internet fətvası ortaya çıxdı


21-06-2014, 12:50
Radikal vəhabilərin lideri Əlixan Musayevin İŞİD-lə bağlı gizli internet fətvası ortaya çıxdı
DİA.AZ: - Bir neçə gün əvvəl xəbər yayıldı ki, Azərbaycanda vəhabilərin lideri Əlixan Musayev İŞİD-ə qoşularaq silaha sarılıb İraqda vuruşur. Sonradan bu xəbər təkzib olundu. Daha dəqiqi bu barədə danışan Əlixan Musayevin özü hətta İŞİD-i tanımadığını da iddia etdi.

“Kim mənim haqqımda nə deyir, nə yazır, onların hamısına cavab verməli deyiləm. Münafiqlərə baş qoşmaq, onların səviyyəsinə enmək dinimizə görə düzgün deyil”. Bu sözləri açıqlamasında İŞİD-ə qoşulması ilə bağlı yayılan xəbərləri təkzib edən azərbaycanlı sələfilərin lideri Əlixan Musayev dedi. O vurğuladı ki, onun gördüyü işlərdən danışmırlar, amma haqqında şayiələr uydururlar:

“Mən Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etmişəm, hardasa 7 ildir bu tərcümə Azərbaycanda yayılır, minlərlə insan bunu oxuyur. Bu kitab Məkkə və Mədinə məscidlərinə qədər yayılıb. Bir dəfə də olsun bu xeyirli işlərdən danışmayanlar haqqımda şayiə yayırlar”.

Xatırladaq ki, 3 gün əvvəl azərbaycanlı sələfilərin lideri sayılan Əlixan Musayevin İraqa döyüşə getdiyi barədə xəbər yayılıb. Ə.Musayevin telefonunun bağlı olması isə bu şübhələri artırıb. Ə.Musayev bu barədə heç bir söz deməsə də, sosial şəbəkədə onun ailəsi ilə birgə Göygöldə istirahət etdiyi deyilir.

İndi isə DİA.AZ redaksiyasına Əlixan Musayevin yalanlarını sübutlayan və onun İŞİD-ə dəstək verdiyi iddia olunan bir internet yazışması göndərilib.

Həmin yazışmanın mətnini DİA.AZ olaraq diqqətinizə təqdim edirik:

“Re: Seyx Salam Aleykum

Əlixan Musayev Əlavə et 21 İyun 2014 11:22

Kimə: ceyhun qasimov

Va aleykum salam

Bəli qardaşım açıqlamanı mən vermişəm.Medyada əlbəttə ki medyada tanımadığımı deyəcəm.Sizdə bilirsiniz ki dövlət məni izləyir.Qardaşlara deyin ki,Əlixan medya vasitəsi ilə məcbur qalanda inkar etməlidir.

İraq İslam Şam Dövləti qardaşlarımızıdır.Onlar üçün dua edin.

Seyx dunen sizin aciglamanizi oxudum musavat qazetinde.Sizindir yoxsa sizin adinizdan yaziblar.

Seyx Iraq Sam Islam Dovleti barede demisiniz bilmirsiniz kim olduqlarini?

Seyx Iraq Sam Islam Dovleti barede ne deyek qardaslara?

Allah qorusun seni seyh

Sat, 21 Jun 2014 10:16:30 +0500 от ceyhun qasimov :”

Hər halda bu faktın özünün araşdırılmasına ehtiyac var...

Geri qayıt