Əsas Səhifə > Siyasət, Manşet > Allahşükür Paşazadə vəhabilərə qarşı nədən sona qədər mübarizə apara bilmir?

Allahşükür Paşazadə vəhabilərə qarşı nədən sona qədər mübarizə apara bilmir?


18-06-2014, 11:24
Allahşükür Paşazadə vəhabilərə qarşı nədən sona qədər mübarizə apara bilmir?
DİA.AZ: - «Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin vəhabilərdən ehtiyatlanmasının nədənləri əslində, hər kəsə aydındır. Çünki Qafqaz Müsəlmanları İdarəsinin sədri illərdir Həcc ziyarətini turizm biznesinə çevirib ki, bu biznesinin sayəsində milyonları qazanır». Bu sözlər DİA.AZ-ın elektron poçtuna göndərilən məlumatda yer alıb.

Xəbəri verən qaynaq bildirir ki, tək dini turizm yox, eyni zamanda Paşazadə cənabları ilə vəhabilərin daha bir neçə istiqamətdə şərikli biznesləri var: «Allahşükür Paşazadənin adı mebel biznesində təsadüfi hallanmır. Şeyx vəhabilərlə bu sahədə də ortaqdır. Eyni zamanda QMİ-yə hər il Küveyt və Səudiyyə Ərəbistanı istiqamətində 300 milyon dollara yaxın yardım da daxil olur. Bundan əlavə qurbanlıq ət biznesi, tikinti materiallarının və digər inşaat məlzəmələrinin idxal biznesində də Paşazadə vəhabilərlə ortaqdır».

DİA.AZ xatırladır ki, zaman-zaman Şeyxin yaxın adamlarının hətta vəhabi inancında olması ilə bağlı iddialar da mətbuatda səslənib. İndi isə QMİ sədri ilə vəhabilərin ortaq biznes əlaqələrinin olduğu iddia edilir.

Mənbə həmçinin dia-az.site-a yolladığı məlumatında bildirir ki, yaxın günlərdə Şeyxlə vəhabilərin biznes əlaqələrini sübutlayan konkret dəlilləri mətbuata təqdim edəcək.

Məlumatı verən qaynaq bildirir ki, Şeyx vəhabilərə, nurçulara qarşı hücuma keçdi: «Amma sonra dayandı. Çünki Şeyxin sonna qədər vəhabilərə, nurçulara qarşı mübarizə aparması imkansızdır. Hər iki təriqətlə QMİ sədrinin gözəl əlaqələri var. Və sonradan dediyi sözlərə görə, Şeyx hər iki təriqətin başında dayananlardan üzr istəmək zorunda qaldı».

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt