Əsas Səhifə > Siyasət, Manşet > Nazir müavininə güvənən səhiyyə “bespredel”i – Şirvan sakinləri nədən və kimdən narazılıq edir?

Nazir müavininə güvənən səhiyyə “bespredel”i – Şirvan sakinləri nədən və kimdən narazılıq edir?


14-06-2014, 12:21
Nazir müavininə güvənən səhiyyə “bespredel”i – Şirvan sakinləri nədən və kimdən narazılıq edir?
DİA.AZ: - Redaksiyamıza bir qrup Şirvan sakini adından narazılıq dolu müraciət daxil olub. Şikayətçi düşən vətəndaşlar DİA.AZ-a yazdıqları məktublarında Şirvan Şəhər Mərkəzi Xəstəxanasında hökm sürən özbaşınalıqlardan usandıqlarını dilə gətirirlər.

Şirvanlıların dia-az.site-a yazdığı müraciətdə deyilir: “Şirvan şəhərində yerləşən Şirvan Mərkəzi Xəstəxanası xəstələri sağaltmaq əvəzinə onları ürək xəstəsi edir desək, lap yerinə düşər. Adətən Həkimlər Hippokrat andını ona görə içirlər ki, ağır vəziyyətdə olan xəstələri yenidən həyata qaytarsınlar. Ancaq bu xəstəxanada vəziyyət tamam başqa cürdür. Burada həkimlərin yanında Hippokratın zərrə qədərində də hörməti yoxdur.

Daha çox pul qazana bilmələri üçün həkimlər məqsədli olaraq xəstəyə lazım oldu-olmadı, çoxlu sayda, çeşidli dərmanlar yazırlar. Bu dərmanların ən ucuzu elə 20 manat dəyərindədir.

Təsəvvür edin, bir resept gəlib 200 manata çıxır. Yazıq kasıb bunu almağa pulu hardan tapsın? Amma hər həs yaxşı bilir ki, həkimlər bu bahalı dərmanlara görə, apteklərdən faiz alırlar. Həm apteklər qazanır, həm də özləri. Itirənsə xəstələr, onların yaxınları olur. Apteklər də elə həkimlərin özləridir və dövlətin ayırdığı pulsuz dərmanlar da elə həmin apteklərdə satışa çıxarılır. Bunun üçün möcüzə yaratmaq lazım deyil, səhiyyə nazirinin günün birində xəbər etmədən Şirvana gəlməsi, aptekləri, xəstəxanaları gəzməsi yetərlidir ki, bütün bi özbaşınalıqları ortaya çıxara bilsin”.

Daha sonra sakinlər Mərkəzi xəstəxanadakı qohumçuluq şəbəkəsindən də giley edirlər: “Ən çox isə adı qeyri-qanuni işlərdə hallanan ŞMX-nin laboratoriya şöbəsində çalışan həkim, laborant Nəsimi Adil oğlu Rəhimovdur. Nəsimi Rəhimovun qardaşı Rəhim Rəhimov Şirvan Mərkəzi xəstəxanasında baş həkimin müavini kimi çalışır. Hamı Şirvanda yaxşı bilir ki, o, bu kresloda oturmaq üçün nə az, nə çox düz 30 min manat pulundan keçməli olub.

Məlumatda həmçinin o da bildirilir ki, Şirvan Mərkəzi Xəstəxanasının baş həkimi Fərhad Səfərov da qardaşlarla bacarmır. Şünki onları səhiyyə nazirinin müavini Elsevər Ağayevin himayə etdiyi deyilir. Elə vəzifəyə gələ bilməsi üçün Rəhim Rəhimovun kimsəni yox, nazir müavinini “gördüyü” də faktdır. Hətta yaxınlarda Elsevər Ağayevin Rəhim Rəhimovu baş həkim gətirəcəyi də gözlənilir”.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Geri qayıt