Əsas Səhifə > Siyasət, Manşet > Samir Şərifovun müavininə qarşı şok korrupsiya ittihamları – Azər Bayramov naziri necə razı sala bilir?
Samir Şərifovun müavininə qarşı şok korrupsiya ittihamları – Azər Bayramov naziri necə razı sala bilir?13-06-2014, 11:00 |
DİA.AZ: - Redaksiyamıza maliyyə nazirliyində korrupsiyanın tüğyan etdiyi iddia olunan ilginc bir məqalə göndərilib. DİA.AZ olaraq qarşı tərəfə də dinləmə haqqını tanıdığımızı elan edərək, həmin məqaləni bəzi ixtisarlarla təqdim edirik: “Mən bir maliyyə işçisi kimi, vaxtı ilə bir rayon maliyyə idarəsində işləmiş bir şəxs kimi bildirəm ki Azər Bayramovun Maliyyə Nazirliyindəki nazir müavini və Dövlətin baş xəzinədarı kimi fəaliyyəti yalnız onun şəxsi mənafeyinə xidmət edir. Azər Bayramov vəzifə səlayihətlərindən istifadə edərək, ancaq özünə yaxın şəxsən tanıdığı, dostları, qohumları və yerlilərini şəhər \rayon maliyyə idarələrinə rəhbər vəzifələrə təyin etdirir. Rayonların büdcəsində nəzərdə tutulan xərclər yalnız onun şəxsi tanışları, dostları və qohumları tərəfindən, onların təhsis etdiyi firma və şirkətlər vasitəsi ilə aparılır. Bu zaman o nazir Samir Şərifova çatacaq payın üzərinə özünün şəxsi payını da qoyaraq öz niyyətini həyata keçirir. Dünyanın heç bir yerində elə bir sisitem yoxdur ki bir şəxs həm dövlət büdcəsinin xərclərini həyata keçirsin, həm də ki, aparılmış xərclərin təftişini həyata keçirsin. Azər Bayramov çox ustalıqla Samir Şərifovun etibarını və etimadını qazanaraq həm ölkəmizin büdcə xərclərini aparır, həm aparılmış büdcə xərclərinin təftişini həyata keçirir. Beləliklə də Azər Bayramov dövlət büdcəsində qanunsuz aparılan xərclərin və küllü miqdarda mənimsədiyi vəsaitlərin üstünü ört-basdır edir. Ölkəmizin dövlət büdcəsinin xərclərinin bölgüsünün strukturuna nəzər yetirdikdə çox aydın görmək olur ki, Azər Bayramovun səyi və şəxsi təşəbbüsü ilə mal alışı və xidmətlərin göstərilməsi ilə bağlı xərclər bütün şəhər rayon icra hakimiyyətlərinin büdcəsindən ya tamamı ilə ya da qismən çıxarılaraq mərkəzi icra hakimiyyəti orqanlarına büdcəsinə əlavə olunmuşlar və bu xərclərdə əsasən Maliyyə Naziriliyin 1 saylı Xəzinədarlığı tərəfindən həyata keçirilir. 1 saylı Xəzinədarlıq İdarəsinin müdiri Azər Bayramovun yerlisi, yaxın qohumu və dostu Gədəbəyli Nadir Qarayevdir. Onun tapşırığına əsasən Nadir Qarayev Azər Bayramovun göstərişi ilə Samir Şərifova çatacaq paydan əlavə Azər Bayramov üçündə pay alaraq vaxtaşırı onun qarşısında hesabat verir. Nadir Qarayevin rəhbərlik etdiyi xəzinədarlıqda sanki bir “gestapo” rejimi hökm sürür. Tərtib olunan maliyyə sənədləri nə dərəcədə düzgün, qanuna uyğun olsada belə müəyyən etdikləri taksa ünvanına çatmalıdır. Əks təqdirdə günlərlə, həftələrlə hətta aylarla belə təqdim olunan sədlərin icarsı yubadılır, süründürlməçiliyə yol verilir və nəticədə də taksanı ödəmədiyi üçün geri qaytarılır. Bu barədə səsini çıxartdıqda Azər Bayramovun qəzəbinə tuş gəlirsən. Bu minvalla Maliyyə nazirinin müavini və ölkənin baş xəzinədarı Azər Bayramov ölkəmizin büdcəsinin talan etməklə özünə küllü miqdarda sərvət toplamış və kommersant dostlarının, dəllal iş adamlarının yardımı ilə “ofşor” banklar vasitəsi ilə oğurladığı sərvəti xarici banklarda yatızdırır. Qeyd etdiyimiz kimi Azər Bayramov Dövlət büdcəsinin xərclərinin aparılamsı ilə yanaşı, aparılan xərclərin təftişinə də nəzarəti həyata keçirdir. Yəni o, Maliyyə Nazirliyində Dövlət Xəzinədarlığı Baş Direktoru ilə yanaşı Dövlət Maliyyə Nəzarəti Xidmətinə də nəzarəti həyata keçirir. Dünya praktikasında analoqu olmayan bir metoddur. Dünyanın hər yerində dövlət büdcəsinin xərclərini aparan şəxs eyni zamanda aparılan xərclərin təftişini həyata keçirmir. Bu fikir heç bir zaman qəbul olunmazdır. Yəni Dövlət Xəzinədarlığının fəaliyyəti ilə Dövlət Maliyyə Nəzarət Xidmətinin fəaliyyəti üst üstə düşə bilməz və bir birinin əksi olan iki quruma bir şəxsin nəzarət etməsi düzgün deyildir. Bu işin belə qurulması dövlətin maliyyə vəsaitlərinin asanlıqla talan olunmasına şərait yaradır”. DİA.AZ bir daha bildirir ki, yazıda səslənən ittihamlarla əlaqədar bütün maraqlı tərəfləri dinləməyə hazırıq... Geri qayıt |