Əsas Səhifə > Siyasət, Manşet > Etibar Pirverdiyev korrupsiyanı sktruktur islahatı ilə ört-basdır edir
Etibar Pirverdiyev korrupsiyanı sktruktur islahatı ilə ört-basdır edir4-06-2014, 09:57 |
Bu ilin aprelin sonlarında “Azərenerji” ASC-nin tabeliyində olan “İmişli (“İmişli REŞ”) MMC ləğv edilib. Artıq İmişli və Şirvan regional idarələri sonuncunun bazasında yenidən təşkil olunmaqdadır. Amma deyəsən “Azərenerji” rəhbərliyi “İmişli REŞ”in direktoru olmuş Səməd Hüeynovla haqq-hesabı tam çürütməyib. Mayın 27-də 13 nəfərdən ibarət bir dəstə keçmiş “İmişli REŞ”in inzibati binasına qəflətən basqın edərək, rəhbərlik də daxil hamının bayıra çıxmasını tələb edib. Onlar “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsinin (ETİ) rəisi Tariyel Bağırov tərəfindən “İmişli REŞ”də yoxlama aparmaları üçün göndərildiklərini bildiriblər. İki regional şəbəkənin birləşdirilməsi ilə əlaqədar təhvil-təslim işlərinin başa çatdırılmaq üzrə olduğu bir vaxtda, hüquqi cəhətdən mövcud olmayan, bütün əmlakı təhvil verilən bir qurumun yoxlanılması işçilərdə təəccüb yaradıb və etirazla qarşılanıb. Məsələnin ən maraqlı məqamı odur ki, müfəttişlərin əlində yoxlama aparılmasına əsas verəcək hər hansı neqativ fakt olmayıb. Qəfləti yoxlamanın nə məqsəd daşıdığını öyrənmək üçün Tariyel Bağırova zəng edilib. O, heç bir izah vermədən kobudcasına müfəttişlərə tabe olmağı tələb edib. Bunun ardınca Səməd Hüseynov tutduğu vəzifədən azad edilib və “oyundankənar vəziyyət”ə salınıb. “Xoruzun quyruğu görünür. Demə bütün bu həngamə Səməd Hüseynovun vurulması”na hesablanıbmış. Cəmiyyət daxilindək intriqalara görə oturuşmuş strukturlar dağılır, yüzlərlə adam narahat olur, xeyli sayda mütəxəssis iş yerini itirir.” Bunu infom.az-a adının çəkilməyini istəməyən “İmişi REŞ”in keçmiş işçisi deyib. O, diqqəti “Azərenerji” ASC prezidenti Etibar Priverdiyevin “elektrik şəbəkələrinin tabeçiliyinin dəyişdirilməsi barədə” 22.04.2014-cü il tarixli, DƏ/88 saylı əmrindəki şübhəli məqamlara çəkir. Əmrdə göstərilir ki, “İmişli REŞ”-in tabeliyində olan Zərdab, Ağcabədi, Füzuli və Beyləqan rayon şəbəkələrinin “Mingəçevir REŞ”in, Saatlı, Kürdəmir və İmişli rayon şəbəkələrinin isə “Şirvan REŞ”in tabeliyinə verilməsi elektrik verilişi xətlərinin, yarımstansiyaların istismarının, təmirinin və qəzaların aradan qaldırılmasının operativ və çevik təşkil edilməsi məqsədi daşıyır. Qəribədir, deyilmi? Məgər çevik idarəetmə, qəzaların tez bir zamanda aradan qaldırılması üçün idarəedici qurum xətlərdən, yarımstansiyalardan, hadisə baş verən ərazilərdən uzaqda olmalıdır? İndiyədək Fuzli elektrik şəbəkəsi regional idarədən 90 km aralıda idi. Sonuncu struktur dəyişikliyindən sonra bu məsafə 200 km-ə çatıb. Bu qədər uzaqdan “çevik idarəetmə” necə təşkil oluna bilər? Qəza baş verəndə regional idarənin mütəxəssisləri, mal-material hadisə yerinə operativ olaraq necə çatdırılacaq? Məsafənin uzaq olmağı həm də nəzarət imkanlarını da məhdudlaşdırır, üstəlik vaxt itkisi və əlavə xərclər yaradır (halbuki əmrdə bu dəyişikliyin iş həcmlərinin və idarəetmə xərclərinin azaldılması məqsədi daşıdığı göstərilib). Bundan əlavə, “İmişli REŞ” ləğv edilərkən rayon ərazisində 330 min kv-luq yarımstansiyanın olmağı, buradan İmişli-Parsabad beynəlxalq hava xəttinin keçməyi nəzərə alınmayıb. Mənbə cəmiyyət daxilindəki intriqanın sonrakı proseslərə də təsir etdiyini iddia edir: “İmişli REŞ”in ləğvinə nail olan ETİ rəisi Tariyel Bağırov şüurlu surətdə anlayırdı ki, regional idarənin ləğvindən sonra da İmişlidə “dayaq məntəqəsi” yaratmadan “Şirvan REŞ” genişlənmiş əraziyə nəzarət edə bilməyəcək. Buna görə rəqibini tam sıradan çıxarmaq üçün onu bu başdan işdən kənarlaşdırmağa, ləğv edilən bir qurumun təftişinə nail olub. Çox güman ki, S. Hüseynovun keçmiş fəaliyyətində cidi nöqsanlar “aşkarlanandan” sonra “İmişli REŞ” başqa formada və ən əsası S. Hüseynovsuz yenidən bərpa olunacaq.” Mənbə ETİ rəisi ilə bağlı hər kəsdə təccüb doğuracaq bir məlumatı da qeyd etdi: “Azərenerji”nin bel sütunu hesab olunan bu qurumun başına 2 il əvvəl gətirilməyinə baxmayaraq, Tariyel Bağırov hələ də bu vəzifəyə rəsmi qaydada təyin edilməyib. İdarəçiliyinin bir hissəsi qeyri-rəsmi qaydada ona həvalə edilib, adam ASC-dən kənar olan şəxslərin maraqlarını burada təmsil edir.” DİA.AZ isə xatırladır ki, “İmişli REŞ”in adı ləğv olunana qədər böyük korrupsiya ittihamının hədəfinə çevrilmişdi. Hətta Hesablama Palatası da bu barədə şok rəqəmləri açıqlamışdı. Aydın olurdu ki, Pirverdiyev cənabları bu qurum hesabına milyonları mənimsəyib. Səs-küy qalxandan sonra isə "Azenerji" şefi “İmişli REŞ”in ləğvi qəraını verir və korrupsiya izini ört-basdır etməyə çalışır. Nail oldumu? Hələlik gözləməliyik... Geri qayıt |