Əsas Səhifə > Siyasət / Manşet > "Ölkənin əmək qanunvericiliyinə hörmətlə yanaşın!"
"Ölkənin əmək qanunvericiliyinə hörmətlə yanaşın!"7-01-2026, 10:14 |
|
"Azəriqaz İB Baş direktoru cənab Azər Məmmədov, ölkənin əmək qanunvericiliyinə hörmətlə yanaşın!" "DİA-AZ" xəbər verir ki, bu çağırışda bulunan tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı növbəti vətəndaş gileyini ictimailəşdirib.
M.Qəhrəmanlının təqdim etdiyi müraciətdə deyilir: "Mən, Bədəlova Gülsabah Şahbaz qızı, Qubadlı rayonundan olan məcburi köçkünəm. Həyat yoldaşım Bədəlov Namiq Mustafa oğlu Ağdam rayonundandır, müharibə əlili, II qrup əlildir. Ailə vəziyyəti ilə əlaqədar olaraq onun qeydiyyatında yaşayıram. Eyni zamanda, həyat yoldaşım “Dəmir Yumruq” Müharibə Veteranlarına Dəstək İctimai Birliyində sədr müavini vəzifəsində çalışaraq dövlətimizi və dövlətçiliyimizi daim dəstəkləyən ictimai fəaliyyətlə məşğul olur. Bir övladım var, ali məktəbdə təhsil alır. Ailəmizin maddi vəziyyəti ağırdır, kredit öhdəliklərim mövcuddur.
33 il Azəriqaz İstehsalat Birliyində, o cümlədən 104 Çağrı Xidmətində telefonçu vəzifəsində çalışmışam. Daha sonra
Dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə əvvəlki əməkhaqqıma uyğun vəzifə təklif olunmamışdır. Bu hal əmək hüquqlarımın pozulması və ayrı-seçkilik kimi qiymətləndirilir..."
Geri qayıt |