Əsas Səhifə > Siyasət > "Mən içəri daxil olanda tamam başqa ab-hava ilə qarşılaşdım"
"Mən içəri daxil olanda tamam başqa ab-hava ilə qarşılaşdım"Bu gün, 02:56 |
|
“Mən ümumiyyətlə aktyor olmaq barədə düşünmürdüm. Universitetdə rejissorluqdan imtahan vermişdim. Elə oldu ki, Şəfiqə xanım Məmmədova seçim turlarında mənim aktyorluq balımı yüksək yazıb, pulsuza keçirdi, rejissor imtahanından isə məni kəsdi. Öncədən də demişdi ki, “sən aktrisa olmalısan”. Şəfiqə xanım imtahanlarda bir az sərt olurdu. İmtahandan çıxan qızlar ağlayırdı, hərəsinə bir söz deyirdi. Mən içəri daxil olanda tamam başqa ab-hava ilə qarşılaşdım. Dedi ki, “mən səni gələcəkdə də aktrisa kimi görürəm və inanıram ki, bu peşənin arxasınca gedəcəksən”. Mənim heç ağlıma da gəlmirdi ki, aktyorluqda oxuya bilərəm. Hər şey qismətə bağlı bir məsələ idi. Ona görə də aktyorluqda oxumağa məcbur oldum” Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər teatrının aktrisası Fidan Əliyeva deyib.
O filmlərdə çəkilməməsini belə izah edib: “Mən film və serial çəkilişlərində çox iştirak etməyi sevmirəm. Beynim bir az tez yorulur. Teatrda çalışmaq daha rahatdır. İnkişaf var. Saatlarla gözləmək, çəkiliş meydançalarında olmaq mənlik deyil. 1-2 saatlıq iş olanda ona gedə bilirəm. Bir neçə dəfə dəvət almışam, amma hamısından imtina etmişəm. Bəzən deyirəm ki, kaş çəkilərdim. Bu sahə ilə bağlı tam qərar verə bilmirəm. Aktrisa olaraq universitetə qəbul olandan sonra fikrimdə teatr aktrisası olmaq yarandı. Belə də davam edir. Doğru deyiblər ki, “niyyətin hara, mənzilin də ora” deyə aktrisa bildirib. Geri qayıt |