Əsas Səhifə > Siyasət, Manşet > Səlim Müslümova müxalifət düşərgəsi də kadr hazırlayırmış
Səlim Müslümova müxalifət düşərgəsi də kadr hazırlayırmış29-05-2014, 10:53 |
DİA.AZ: - “Vaxtilə “inqilabçılara” maliyyə dəstəyi göstərmiş sıravi həkim, komissiya sədri olduqdan sonra əqidədaşları ondan daha çox şey umur”. Bu barədə DİA.AZ-ın elektron poçtuna göndərilən müraciətdə deyilir. Müraciət müəllifi bildirir ki, Fizuli Bağırovun 35 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri vəzifəsinə təyin edilməsi Salyanda çoxlarını təəccübləndirmişdi: “Nədən ki, adam yaxın zamanlaradək müxalif düşərgədə təmsil olunmaqla yanaşı, özünü narazı elektoratın nümayəndəsi kimi tanıtmış, maddi və mənəvi dəstəyi ilə ölkədə hakimiyyət dəyişikliyinə çalışmışdı. Təbii ki, burada qəbahət yoxdur. Hər kəs istədiyi kimi düşünə bilər. Qəbahət olanı isə hakimiyyət nümayəndələrindədir. ən azından prinsiplərə sədaqət baxımından. Son prezident seçkisində cənab Bağırov xüsusi canfəşanlığı ilə qatı müxalifətçiləri belə kölgədə qoymuşdu. Həmin vaxt onu tez-tez ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidəçiləri ilə birgə görüşlərdə və təşviqat tədbirlərində görmək olurdu. Maraqlı hadislərdn biri də seçki ərəfəsində - müxaliflərin Cənubda hazirladıqları tədbirlər planına əsasən İrandan dəniz yolu ilə ölkəyə gətirilən və bütün respuplikaya paylanılması nəzərdə tutulan gizli videokameraların mənzil başına çatmamş, Neftçaladan Salyana daxil olarkən şifarişçilərin əvəzinə naməlum şəxslər tərəfindən alınaraq aradan çıxarlmasıdır. Seçki ərəfəsində gərginlik yaranmasın deyə o zaman iş məxfi saxlanldı. Ölkəyə gətirilməsi və istifadəsi qadağan olunan həmin texnoloji vasitələrin alınmasına maliyyə dəstəyini hakimiyyəti təmsil edən bəzi şəxslər təmin edib. Bu işdə Fizuli Bağırovun adının hallanması heç də təsadüfi hesab edilə bilməz. Bildirlir ki, ilikn olaraq nümunə kimi alınan həmin cihazlardan biri onun təşəbbüsü ilə Salyanda hakimiyətin təşkil etdiyi tədbirdə sınaqdan keçirlib. Biabırçı aido və video yazılar hazırlansa da, ölkədə əmin-amanlığın qorunmasında maraqlı olan şəxslər materialların yayılmasına imkan verməyib. Uzun müddət sələfi Əliyar Məmmədovun əleyhinə şikayətlər təşkil edən, TSEK-i “korrupsiya yuvası” hesab edən cənab Bağırov, istəyinə nail olandan sonra məlum düşərgədən olanların girovluğundan çıxa bilmir. İmkan və səlahiyyətləri genişəndiyindən əqidədaşları indi ondan daha çox şey umur. Maraqlı orasıdır ki, prosesləri izləyən müvafiq orqanlar Fizul Bağırova növbəti şans veriblər ki, bu ikili oyunu qurtarsın. Gündüz məmurlarla, axşam müxaliflərlə məzələnən həkim, bu xəbərdarlıqdan sonra köhnə dostlarının bəziləri ilə əlaqəni kəsib. Amma düşərgədə özündən sənədli-subutlu arxiv qoyduğundan TSEK sədri hələ də “inqilabçılarla” yolunu ayıra bilmir”. Hər halda bu maraqlı iddia ilə bağlı bütün əlaqədar tərəfləri dinləməyə, onların mövqelərini işıqılandırmağa hazırıq... Geri qayıt |