Əsas Səhifə > Siyasət, Manşet > «Nurçuların dərsxanaları Suriyadan da betərdir» - Fətullah Gülənin adamları övladlarımızı mənən öldürürlər
«Nurçuların dərsxanaları Suriyadan da betərdir» - Fətullah Gülənin adamları övladlarımızı mənən öldürürlər23-05-2014, 10:50 |
DİA.AZ: - «Azərbaycanda nurçulara aid dərsxanalara qarşı gözdən pərdə asılması məqsədilə aparılan bir-iki tədbirlər heç də problemin köklü həllinə xidmət etmir». Bu sözlər DİA.AZ-ın elektron ünvanına daxil olan məlumatda yer alıb. Məlumatda bildirilir ki, bu gün təkcə Bakı şəhərində Fətullah Gülən camaatının 86 dərsxanası fəaliyyət göstərir ki, onların da tən yarısı 47-si şəhərin mərkəzi yerlərindədir. Mənbə dia-az.site-a yolladığı açıqlamasında bildirir ki, həmin dərsxanaların böyük əksəriyyəti Fətullah Gülən və məşhur kürd millətçisi olan Səid Kürdinin (Nursi) təhlükəli ideyalarının təbliği ilə məşğuldur: «Həmin dərsxanalara gedən Azərbaycan övladlarının beyinləri oğurlanır. Yəni bi-z necə ki, Suriyaya gedən oğullarımızı itirmişik, eləcə də bu gün Fətullah Gülənin dərsxanalarına gedən övladlarımızı da itirilmiş hesab edə bilərik. Azərbaycana onlardan heç bir fayda gəlməyəcək. Onlar həmin dərsxanalarda zombiləşdirilirlər. Gənclərin keçid yaş dövründən istifadə edərək onları öz istədikləri istiqamətə yönəldirlər ki, bu da insan övladının təməli olur. Yəni əgər övladlarımızın təfəkkür, yaşam təməlini nurçular atırsa, biz onlara bir dövlət və millət olaraq iddia edə bilmərik. Artıq onları itirmişik. Bilməliyik ki, nurçuların dərsxanalarına qarşı dövlət hərəkətə keçməlidir. Həm də gözdən pərdə asmaq üçün yox. Tam ciddiyyətiylə. Həmin dərsxanalar Suriyadan da betərdir. Orada da övladlarımız mənən ölürlər. Əgər lazım olarsa, mən dia-az.site redaksiyasına nurçu dərsxanalarının ünvanlarını da yollaya bilərəm. Amma bunu məndən də əvvəl dövlətimizin müvafiq qurumları daha yaxşı bilir». Geri qayıt |