Əsas Səhifə > Siyasət, Manşet > Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət

Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət


20-05-2014, 11:36
Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət
DİA.AZ: - Haqqı tapdandığına görə, etiraz olaraq ağzını tikən qazaxlı iş adamı Elşad Məmmədov özünün “facebook” səhifəsində yeni müraciətini yayıb. Bu barədə DİA.AZ-ın verdiyi xəbərdə deyilir ki, iş adamı onu bu addımı atmağa vadar edən “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin “haqlı olsaydı, məhkəmələr onun xeyrinə qərar çıxarardı” ifadəsinə də sərt reaksiya verib.

Elşad Məmmədovun “facebook”dakı müraciətini DİA.AZ olaraq diqqətinizə təqdim edirik:

Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət

“Azərbaycanda qanunlar işləmir. İbrahim Nehrəmli öz gücündən istifadə edib bütün məhkəmələri öz xeyrinə qərar cıxartdırır. Sonra isə ağız dolusu deyir ki, haqlı olsaydı, məhkəmələrdə uduzmazdı. Mən sual edirəm? Hansı məhkəmələrdən danışır bu milyarder????
1.Nəsimi məhkəməsinin hakimi Səyyad Qafari mənim iştirakım olmadan saxta və yalancı şahidlərin ifadəsi ilə mənim mənzillərimi ləğv edib. Məni heç məhkəməyə cağırmayıblar!!!! Mənə sonradan məhkəmə qərarı gəlib ki məhkəmə olub və mənim evlərimi alıblar əlimdən.
2.Bu haqsız və ədalətsiz qəradan məcbur olub vəkil Kamil Əliyevlə birlikdə Apelasiya məhkəməsinə şikayyət verdim.Hakim Xuraman Məhərrəmlinin sədirliyi ilə kecdi məhkəmə. Xuraman Məhərrəmli mənim qanuni sənədlərimi görüb əkis tərəfin nümayəndəsinə SUAL VERDİ: “SİZ ÇOX İŞ BİRLİYİNDƏN DANIŞIRSINIZ..VƏTƏNDAŞ MƏMMƏDOV ELŞAD SİZƏ İŞ GÖRMƏLİDİR? HANSISA BİR MÜQAVİLƏDƏ ONUN İMZASI VAR? ONUN NÜMAYƏDƏSİ DEYİR YOXDUR.
Hakim Xuraman Məhərrəmli loru sözlə belə deir: “Siz nə danışırsınız bu sizin ücün bazarda 1 kiloqram alma alveri deyil..Vətəndaşin qanuni sənədləri var!!!!! Bəs bu sözü deyən hakimə nə oldu ki, sonrakı məhkəmə iclasında Allahdan qorxmadan mənim sənədlərimi ləgv etdi. Budur, məhkəmə! Mən bu qərardan sonra ayağa qalxıb Xuraman Məhərrəmli və yanındakı hakimlərə dedim ki, Allah bəlanızı versin, övladlarınızın başına gəlsin belə bir haqsızlıq...Heç biri səsini çıxartmadı.. Budurmu sənin dediyin məhkəmə ədaləti?

Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət
Hacı İbrahim Nehrəmliyə görə ağzını tikən sahibkardan şok müraciət

3.Ali məhkğmənin hakimi Qəhrəman Allahverdiyev....Bu məhkəmədə iclas başadıqda mən hakim Qəhrəman Allahverdiyevə onun başı üzərində böyük həriflərlə yazılmış yazını xatırlatdım....ŞAH QANUN DEYİL, QANUN ŞAHDIR...Sözlərinə əməl etsin. Axı mənim əlimdə qanuni sənədlərim var... maliyyə arayışı və kassa çekim...Lakin bu hakim də qorxusundan Nehrəmlinin xeyrinə qərar çıxardı.
4. Ali məhkəmənin pleniumunda görünməmiş bir iş oldu. Mənə dedilər ki, sənin işin Korrupsiya idarəsəsində araşdırılır .
Mən sona qədər aclıq aksiyasını kecirəm.Və sonunda bu hakimlərin cəzalanmasını isləyirəm. Hansı ki qanunlara söykənərək yox, qorxudan, tapşırıqla qərar verirlər.
1.Səyyad Qafari.
2.Xuraman Məhərrəmli.
3.Qahrəman Allahverdiyev”.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt