Əsas Səhifə > Siyasət, Manşet > Daha bir vəzifəli şəxs nurçularla şübhəli əlaqələrdə ittiham olunur

Daha bir vəzifəli şəxs nurçularla şübhəli əlaqələrdə ittiham olunur


15-05-2014, 10:36
Daha bir vəzifəli şəxs nurçularla şübhəli əlaqələrdə ittiham olunur
DİA.AZ: - Gəncə Dövlət Universitetinin rektoru ilə bağlı redaksiyamıza maraqlı məlumatlar ötürülüb. Belə ki, DİA.AZ-a göndərilən məqalədə müəlliflər GDU rektorunu nurçularla şübhəli əlaqələrdə ittiham etməklə yanaşı, ona qarşı digər faktları da səsləndirilər. Həmin məqalənin bəzi hissələrini DİA.AZ olaraq diqqətinizə təqdim edirik:

"GDU rektoru Yusif Yusifov Nurçularla əlaqəsi olan şəxs kimi tanınır.Yusif Yusifov «Cağ» Öyrətim və İşlətmələr Birliyinin Azərbaycan təmsilçiliyinin rəhbəri Ənvər Özərənlə çox yaxın ailəvi dostdur və Bakı şəhərində müştərək obyektlərə sahibdir. Rektor Yusif Yusifovun köməkçisi Elsevər Nağıyev isə Fətullah Gülən tərəfdarları ilə birbaşa əlaqəlidir. Belə ki, Elsevər Nağıyev Türkiyədə Fətullah Gülənə məxsus ali məktəblərdən birində təhsil alır və hazırda Yusif Yusifovla Türkiyədəki nurçular arasında əlaqələndirici rolunu oynayır. Elsevər Nagıyevin ayda 2-3 dəfə Türkiyəyə getdiyi qeyd olunur.

GDU Azərbaycanın ən qədim təhsil ocaqlarından biri hesab edilsə də, orada nə təhsilin keyfiyyəti qalıb, nə də ki, normal insani münasibətlər. Bir halda ki,rektorun pul yığanları imtahandan əvvəl tələbəni çağırıb qiymət deyirsə, daha nə olsun..? Bizcə Təhsil naziri Mikayıl Cabbarov müdafiə etdiyi rektorun özbaşınalıqlarına son qoymalıdır. Lakin bəzi dairələr Yusif Yusifovun belə bəsit tədbirlərin təsirinə qətiyyən məruz qalmayacaq bir məmur olduğunu iddia edirlər. Rektor yaxın ətrafının əhatəsində baş verənlərə belə münasibət bildirib: “Məni heç kim çıxarda bilməz, mən vəzifəyə təzə qoyulmuşam, mətbuat da yazsın, hələ nazirə də yazsınlar, Elmar Vəliyevə də yazsınlar.Məni bu vəzifəyə qoyduran qüvvələr məni respublika səviyyəsində dəstəkləyir, hələ görərik nələr olacaq".

Rektor tərəfindən universitetdə “üç” qiymətinin dəyəri 40-50, “dörd”ün dəyəri 60-70, “beşin” dəyəri isə 80-100, buraxılış işlərinin dəyəri 500-800 manat həcmində müəyyənləşdirilib.Dərsə gəlməyən tələbələr bir gün üçün 5-10 manat arası pul ödəyirlər, bu pullar isə dekan və tyutorlar tərəfindən yıgılaraq lazımi instansiyaya çatdırılır. Universitetdə sessiya imtahanları münasibətilə həyata keçirilən rüşvət yığımlarında daha geniş miqyası ilə seçilən fakültə Tarix və coğrafiya fakültəsidir. Bu fakültənin dekanı isə keçmiş H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun sabiq rektoru Həsənbala Sadıqovdur. Həsənbəla müəllimin fakültəsində pul, tələbənin bilik yükünün miqdarından asılı olmayaraq yığılmalıdır və yığımın yekun miqdarı tələb olunan minimum məbləğdən aşağı enə bilməz . Həsənbala müəllim bir vaxtlar iğtişaşlara səbəb olmuş müstəqil “Talış-Muğan Respublikası”nın yaradılması ideyasını verən simalardan biridir. Əlikram Hümmətovun rəhbərlik edəcəyi bu “dövlətin” strukrularını yaradan zaman hökumətdə Təhsil naziri postu da məhz H.Sadıqov üçün nəzərdə tutulmuşdu. AXCP-nin hakimiyyəti dövründə ölkə prezidenti Ə.Elçıbəyin sərəncamı ilə H.Zərdabi adına Gəncə Pedaqoji İnstitutunun rektoru təyin olunmuş H.Sadıqov, kifayət qədər təsirli nitq qabiliyyətinə malik olmaqla meydan hərəkatının, xüsusilə Heydər Əliyevin hakimiyyətə geri çağırılması ideyalarına qarşı radikal əks mövqeləri təbliğ edən kütləvi mitinqlərin təşkilatçı və aparıcı liderlərindən biri olmuşdur.Həsənbala müəllim uzun müddət Türkiyədə də işləmişdir.

Təbii ki, bu kadrın indinin özündə də Gəncə Dövlət Universitetində xüsusi imtiyazlara malik olan vəzifədə işləməsi rektor Yusif Yusifovun siyasi baxışlarına müəyyən qədər aydınlıq gətirmiş olur.

Geri qayıt