Əsas Səhifə > Siyasət / Manşet > Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ...
Qudalarını başına yığan Mikayılova ÇAĞIRIŞ...Bu gün, 08:45 |
"Evdə tək olanda başımızı belə yuya bilmirik, nəinki yuyunmaq. Çünki suların təzyiq xəstəliyi var, 2-ci mərtəbəyə su fərdi nasosla qalxır. Yay gələndə, sözün əsl mənasında "İmam Hüseyn müsibəti" olur... Dəqiqədə matorun havasını almaq lazımdır ki, su gəlsin. Bütün binaya elan verməlisən ki, başını yuyan var, su açmayın..." "DİA-AZ" xəbər verir ki, bunu jurnalist Elnurə Abuşova özünün sosial şəbəkə hesabında yazıb.
Narazı jurnalist etiraz dolu açıqlamasını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova xitabən belə davam etdirir:
"Ay Zaur məllim, XXI əsrdir eeeee, xalxın xəstəsinə diaqnozu süni inttellekt qoyur... NASA istəyəndə göydən yağış yağdırır. Zatən AZTV süjet göstərib sübut etdi ki, Ceyranbatana kanalizasiya suları axıdılır. Abonentə verdiyiniz suyu içən yoxdu. Ayda filan qədər pulla alırıq içməli suyu.
Bizim Rəsulzadə qəsəbəsinə 1955-ci ildə çəkilib su xətti, turbalar aşsüzənə dönüb. Ayrılan pullar həzm-rabedən keçib.
Özünüzə müşavir təyin etdiyiniz qoşa-qoşa qudalarınızla istirahərinizi pozmayım. Sabah (bu gün nəzərdə tutulur -red.) iş günüdür. Bizim qəsəbəyə yeni su xətlərinin çəkilməsinə diqqət ayırın, zəhmət olmasa..."
Geri qayıt |