Əsas Səhifə > Siyasət / Manşet > ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar...

ETSN-nin NƏZƏRİNƏ: Lənkəranda camaatı boğurlar...


Bu gün, 10:12

"Hal-hazırda Lənkəran şəhər və ətraf kəndlərdə kəskin tüstü iyi var.Nəfəs almaq mümkün deyil.Tullantıların təkrar emalı zavodu açılmalıdır, turistlərin ən çox baş çəkdiyi rayona yaraşmır bu hal..." "DİA-AZ" xəbər verir ki, bunu yazan Lənkəran sakinləri rayonda zibilliklərin yandırılmasından, toplanan zibillərin emal edilməməsindən gileylənirlər.

Sakinlər bildirir ki, vətəndaşlar zibilliklərin yandırılması səbəbindən ətrafa üfunətin yayılmasından giley edirlər.

Yuxarıdakı fotonu təqdim edən sakinlər yazır:

"Lənkəran zibilxanası yenə yandırılır. Video 2-3 gün əvvəl çəkilib. Zibilxananın yandırılması 3-cü dünya ölkəsi olmağın ən acı göstəricilərindən biridir.

Dünyada heç bir sanballı ölkədə tullantıların idarə edilməsi poliqonunu yandırmırlar. Bizdə poliqon deməyə belə adamın dili yatmır. Zibilxanadır ki zibilxana...

İndi də bu zibillləri yandırıb adamları boğmağa nə ad verək?

Ekaologiya və Təbii Sərevətlər Nazirliyi bəs hara baxır?"


Geri qayıt