Əsas Səhifə > Siyasət, Manşet > İcra başçısı Maliyyə nazirliyində kimlərə minnətçi düşüb?

İcra başçısı Maliyyə nazirliyində kimlərə minnətçi düşüb?


9-05-2014, 11:11
İcra başçısı Maliyyə nazirliyində kimlərə minnətçi düşüb?
Zaqatala rayonun icra bkaşçısı Mübarizə Əhmədzadə Maliyyə Nazirliyinin ötən ilin dekabr ayındakı yoxlamalarından sonra ciddi təşviş keçirib. GUNDEMİNFO.AZ-da bir neçə gün əvvəl yayımlanan yazıdan sonra yazının sonunda bilgi vermişdik ki, Maliyyə Nazirliyi adıçəkilən rayonda yoxlamalar həyata keçirib. Hesablama Palatasının açıqldığı konkret faktlardan sonra bəlli olub ki, Maliyyə Nazirliyi faktiki olaraq bu məsələ ilə bağlı olaraq araşdırmalara başlanılıb. İnformasiyalara əsasən bununla bağlı olaraq bir sıra narahatlıqlar artıq yaşanmağa başlayıb. Zaqatalada Maliyyə İdarəsinin rəisi ilə icra başçısının müdhiş yeyinti faktları ortaya çıxdıqdan sonra bəlli olub ki, artıq faktiki olaraq yeyintilərə yol verilib.

2013-cü ilin avqust ayının 23-də dövlət başçısının sərəncamı ilə Zaqatala rayonuna əlavə vəsaitlər ayprılıb. Rəsmi informasiyalarla bağlı olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncam imzalamışdı. Sərəncamda deyilirdi ki, Zaqatala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Zaqatala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılması qərara alınır.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılmışdı.

Aldığımız informasiyalara əsasən Zaqatala rayonuna ayrılan vəsaitlərlə bağlı olaraq araşdırmalar aparılıb. Hətta bununla bağlı olaraq aparılan araşdırmalar zamanı bəlli olub ki, abadlıq və tikinti işləri ilə bağlı olaraq Prezidentin Ehtiyat Fondundan ayrılan pullarla böağlı araşdırmalar başlayıb.

Bundan başqa aldığımız informasiyalara əsasən MN-nin yoxlama komissiyası Zaqatalaya ayrılan zəlzələ pullarını da mənimsəyib. Rayonun maliyyə idarəsinin rəisi büdcədən ayrılmış pullara artıq şərik dayanıb. İş o həddədir ki, İcra Hakimiyyətinin təsdiqlədiyi layihələrin maliyyələşməsi zamanı da bazarlıq prinsiplərindən əl çəkməyən maliyyə idarəsinin rəisi bununla qazancını artırmaqdan imtina etmir.

Vurğulanır ki, maliyyə idarəsinin rəisi adətən ayrılmış pulların 10 faizini özünə götürür. Və bu barədə şərtini də çoxdan bəyan edib. İstənilən idarə və müəssisə hər hansı bir layihəni həyata keçirirsə, bu zaman ayrılmış pulların yalnız 90 faizini götürə bilirlər. Yerdə qalanı isə idarə rəisinin cibinə gedir və kimsə də ona bir söz deyə bilmir. Məlumatlarda o da qeyd olunur ki, Zaqatala Maliyyə İdarəsinin rəisi həddindən artıq varlı biridir. Onun rayonda bir neçə restoranı, Bakıda evləri və obyektlərinin olduğu deyilir. Bildirilir ki, idarə rəisi indi də Zaqatalada özünə hotel tikdirmək işinə girişib. Amma bunun bir qədər çətin olduğunu görərək, hələlik tərəddüd etməkdədir.

Rayon Maliyyə idarəsində ciddi korrupsiya faktları var

GUNDEMİNFO.AZ-ın əldə etdiyi məlumatlarda bildirilir ki, rayonun xüsusən təhsil və səhiyyə sahələrnin inkişafı üçün ayrılmış dövlət vəsaiti heç də tam həcmdə ünvanyönlü xərclənmir. Zaqatala rayon Maliyyə İdarəsinə rəhbərlik edən Ömərxan Şabanov isə özünü sözün əsil mənasında bu idarənin bütün resurs və vəsaitlərinin sahibi hesab edir. Hesabat və məruzələrdə şişirdilmiş rəqəmlər göstərilir, idarənin fəaliyyətində "Dövlət büdcəsi haqqında" qanunun bir çox maddələri də kobud şəkildə pozulur. Belə ki, həmin qanuna əsasən Maliyyə İdarəsi tərəfindən büdcədən maliyyələşən təşkilatların üç ildə bir dəfədən az olmayaraq təftiş olunması nəzərdə tutulsa da, Zaqatala rayonundakı təşkilatlardan bəziləri ildə bir neçə dəfə yoxlanıldığı halda, digərlərinin fəaliyyəti ümumiyyətlə təftiş edilmir. Təbii ki, qeyri qanuni yollarla əldə etdiyi külli miqdarda sərvət Ömərxan Şabanov yuxarı instansiyalarda hələ də öz mövqelərini saxlamağa müvəffəq olan bəzi korrupsioner məmurlar arasında himayədarlar da qazandırmışdır. Məhz elə bu himayədarların sayəsində də idarə müdiri indiyədək bütün təftiş və yoxlamalardan özünü sığortalaya bilmişdir. Aldığımız məlumatlarda da təsdiq olunduğu kimi Maliyyə Nazirliyinin Ö.Şabanovun yaramaz əməllərinə bu günə kimi göz yumması da onun nüfuzlu havadarlarının xidmətidir. Zaqatala ictimaiyyətini isə ən çox hiddətləndirən hal budur ki, doğma rayonlarının təhsilinə, səhiyyəsinə və deməli onların və övladlarının gələcəyinə ayrılmış dövlət vəsaitləri elə dövlət orqanlarının gözü qarşısındaca hansısa bir korrupsioner məmur tərəfindən mənimsənilir. Əlaqədar təşkilatlar isə sanki Zaqatalalıların səbr kasasının tutumunu yoxlayaraq, Ömərxan Şabanovun özbaşnalıqlarına hələ də göz yumurlar.

Geri qayıt