Əsas Səhifə > Siyasət, Manşet > 20 ildən çox müddət ərzində nurçuları kimlər himayə edib? - Fətullah Gülənin iki əsas ortağı unutdurulur

20 ildən çox müddət ərzində nurçuları kimlər himayə edib? - Fətullah Gülənin iki əsas ortağı unutdurulur


1-05-2014, 10:19
20 ildən çox müddət ərzində nurçuları kimlər himayə edib? - Fətullah Gülənin iki əsas ortağı unutdurulur
DİA.AZ: - Son aylarda bütün Azərbaycan üzərə nurçulara qarşı bir kampaniya müşahidə olundu və bu kampaniyaya paralel olaraq nurçuların Fətullah Gülən qanadı ilə sıx təmasda olan çevrələr ciddi şəkildə hədəfə çevrildilər. Hətta onlarla nüfuzlu məmur Fətullah Gülənin Azərbaycandakı təəbələri kimi təqdim olunaraq ictimai qınağın hədəfi kimi də təqdim olundular və bu proses günü bu gün də davam etməkdədir.

DİA.AZ isə əslində nurçularla əlaqəsi olan və illər ərzində Fətullah Gülən camaatını Azərbaycanda himayə edən gerçək qüvvələrlə bağlı ilginc faktlar əldə edib. Bildirək ki, əslində bu faktlar əvvəlindən də ictimaiyyətə bəlli idi. Sadəcə olaraq, son dövrlər aparılan təbliğat fonunda müəyyən dairələr daha çox öz maraqlarından çıxış etdiklərindən həqiqət arxa plana keçib.

Redaksiyamız tərəfindən aparılan araşdırmalar da təsdiqləyir ki, bu günə kimi nurçuların Azərbaycanda özlərini arın-arxayın hiss etmələri əsas 3 istiqamətdən verilən dəstək hesabına mümkün olub. Prezident Administrasiyası ilə yanaşı Nazirlər Kabinetində və Təhsil Nazirliyində ciddi dayaqları olan nurçular Azərbaycanda iaşə sahəsi ilə yanaşı, həm də təhsil sahəsində möhkəmlənməyə müvəffəq olublar.

20 ildən çox müddət ərzində nurçuları kimlər himayə edib? - Fətullah Gülənin iki əsas ortağı unutdurulur

Nazirlər Kabinetində nurçuların hər zaman baş nazirin müavini Elçin Əfəndiyev tərəfindən himayə olunduğunu bildirən məlumatlı mənbə dia-az.site-a açıqlamasında qeyd edir ki, eyni zamanda keçmiş təhsil naziri Misir Mərdanov da bu cameə ilə sıx təmasda olub:

«Amma maraqlıdır ki, bu gün nə Misir Mərdanovu, nə də Elçin Əfəndiyevi xatırlayanlar var. Halbuki illər ərzində məhz bu iki fiqur nurçuların himayədarı kimi çıxış edib. Bunu hakimiyyətdə də bilməyən yoxdur. Sadəcə olaraq indiki ərəfədə onların adının hallandırılması kiminsə marağında deyil».

20 ildən çox müddət ərzində nurçuları kimlər himayə edib? - Fətullah Gülənin iki əsas ortağı unutdurulur

Mənbəmiz maraqlı bir faktı da açıqladı: «Nurçular hər il Azərbaycanda rahat fəaliyyət göstərə bilmələri üçün 2 milyon dollara yaxın pul xərcləyirlər. Maraqlı orasıdır ki, həmin pulun tən yarısı rüşvət qismində ayrı-ayrı ünvanlara ötürülüb. Və ən acınacaqlı olanı isə odur ki, həmin pulun az qala 70 faizi elə nurçular tərəfindən Azərbaycandakı qaynaqlardan əldə edilib».

Geri qayıt