Əsas Səhifə > Siyasət, Manşet > İran Mövsüm Səmədovun azadlığa buraxılmasını istəyib - Amma rəsmi Bakının izahatı yetərli olub
İran Mövsüm Səmədovun azadlığa buraxılmasını istəyib - Amma rəsmi Bakının izahatı yetərli olub25-04-2014, 10:52 |
DİA.AZ: - Prezident İlham Əliyevin İran səfəri bu ölkənin Azərbaycana olan münasibətini görüntüdə də olsa dəyişib. Hər halda, bu gün İranın xüsusi xidmət orqanları nəzarətindəki ənənəvi təbliğat vasitələri ilə Azərbaycana qarşı kampaniyasını demək olar ki, durdurub. Halbuki buna qədər İranın «qafqaz.ir», «arannyus», «abna.ir» və digər bu kimi portalları ölkəmizi, Azərbaycanın dövlət rəhbərliyini və Azərbaycan türkünün dəyərlərini az qala hər fürsətdəcə hədəfə alıb, aşağılayıcı materiallar yerləşdirirdi. İlham Əliyevin İran səfərinin bir görünən tərəfi də Azərbaycan həbsxanalarında saxlanılan İran vətəndaşlarının və İran həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının öz ölkələrinə təhvil verilməsi faktıdır. Artıq 200-ə yaxın iranlı məhbus ölkəsinə təhvil verilib. Və eyni qaydada da İran tərəfindən azərbaycanlı məhbuslarla bağlı anoloji qərar çıxarılıb. DİA.AZ-a diplomatik mənbələrdən daxil olan informasiyada isə çox maraqlı bir məqama işarə edilir. Mötəbər mənbələrdən ötürülən xəbərdə bildirilir ki, rəsmi Tehran bu gün Bakı həbsxanalarında saxlanılan dindar məhbusların da xahişini prezident İlham Əliyevdən edib. Mənbənin söylədikləri: «Amma onlarla bağlı anoloji qərar çıxarılmayıb və rəsmi Bakı yalnız İran vətəndaşı olan məhbuslarla bağlı xahişi nəzərə alıb». dia-az.site-a verilən məlumata görə, İran tərəfinə dindar məhbuslarla bağlı qərarın dəyişməyəcəyi maraqlı bir formada izah olunub: «Bildirilib ki, həmin dindar məhbusların əksəriyyəti, məsələn, konkret olaraq İslam Partiyasının sədri Mövsüm Səmədov artıq sivill siyasi fəaliyyəti bir kənara atmış, hətta İslam dəyərlərinə uyğun olmayan bir tərzdə hakimiyyəti hədəfləməkdə idi. Buna görə də onlarla bağlı qərar rəsmi Bakının maraqlarına uyğun tərzdə verilə bilər». Mənbəmiz iddia edir ki, məhz bu izahatdan sonra Tehran tərəfi israr nümayiş etdirməyib. Geri qayıt |