Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət artıq Kərəm Həsənovun kantoruna ehtiyac duymur
Hakimiyyət artıq Kərəm Həsənovun kantoruna ehtiyac duymur22-04-2014, 09:57 |
DİA.AZ: - «Hakimiyyət yeni struktur islahatlarına hazırlaşır və bu əsnada dövlət komitələrindən birinin ləğvi nəzərdə tutulur». Bu barədə məlumatı DİA.AZ-a hökumət içindəki mənbə verib. Məlumatı verən mənbə iddia edir ki, bu Əmlak Məsələləri üzrə Dövlət Komitəsidir. Qeyd olunan komitənin isə İqtisadiyyat və Sənaye Nazirliyinə birləşdirilməsi gözlənilir. Məlumatı verən mənbə bildirir ki, əslində bir çox ölkələrdə əmlak məsələləri üzrə dövlət komitələri İSN-lərin tərkibində ayrıca departament kimi fəaliyyət göstərir: «Bizdə isə özəlləşdirmə biznesinin nəzarət altında saxlanılması üçün ayrıca komitə statusu qorunub və indi də ləğv edilmiş Dövlət Reyestr Xidmətinin nəzarət zonasından kifayət qədər böyük pullar qazanılır». Amma bütün bunlara rəğmən artıq Kərəm Həsənovun cəzalandırılma vaxtının yetişdiyini bildirən mənbəmiz əlavə etdi ki, bu cəzanın ən böyüyü onun komitəsinin ləğvidirsə, digər addımlar da planlaşdırılır: «Konkret olaraq Kərəm Həsənovun və onun deputat qardaşının bizneslərinə əl qoyulması planı mövcuddur. Bütün bu addımlar ilin sonuna qədər də çəkə bilər. Amma faktdır ki, artıq ƏMDK-nin ləğvi gündəmdədir». Geri qayıt |