Əsas Səhifə > Siyasət, Manşet > Rövnəq Abdullayevdən ehtiyatlı ixtisar qərarı – May ayından etibarən 300 ARDNŞ əməkdaşı işdən alınacaq

Rövnəq Abdullayevdən ehtiyatlı ixtisar qərarı – May ayından etibarən 300 ARDNŞ əməkdaşı işdən alınacaq


17-04-2014, 09:51
Rövnəq Abdullayevdən ehtiyatlı ixtisar qərarı – May ayından etibarən 300 ARDNŞ əməkdaşı işdən alınacaq
DİA.AZ: - Redaksiyamıza daxil olan informasiyalara görə, Dövlət Neft Şirkətinin strukturlarında total kadr islahatları həyata keçiriləcək. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər mənbə iddia edir ki, həm ARDNŞ-nin mərkəzi aparatında və həm də ayrı-ayrı strukturlarında, xüsusən də ARDNŞ Təhlükəsizlik İdarəsində ciddi ixtisarlar gözlənilir.

Xatırladaq ki, dünən ARDNŞ Təhlükəsizlik İdarəsində işçilərin aylardır maaş ala bilmədikləri haqda mətbuatda informasiyalar yer aldı. Və görünəni odur ki, qurum rəhbərliyi maaş problemini ixtisarlar hesabına çözməyi düşünür.

Mənbəmiz bildirir ki, keçmiş MTN-çi Rəşad Əliyevin rəhbərliy etdiyi ARDNŞ Təhlükəsizlik İdarəsinin 300-ə yaxın əməkdaşına bu barədə indidən xəbərdarlıq edilib və onların diqqətinə çatdırılıb ki, may ayından etibarən onlarla müqavilə dayandırılacaq.

Sonda mənbəmiz onu da bildirdi ki, bütün bu ixtisarlar böyük ajiotaj yaratmasın deyə, davamlı şəkildə həyata keçiriləcək: «Təbii ki, bu gün hədəfdə olan Rövnəq Abdullayev üçün səs-küy lazım deyil. Onsuz da əks cinah ARDNŞ şefinin fəaliyyətini lupa ilə müşahidə edir. Amma ixtisarkar da qaçılmazdır».


Geri qayıt