Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət daxilində növbəti qurbanlar kimdir - Ənənəvilər köhnə və yeni rəqiblərini hədəfə alıb

Hakimiyyət daxilində növbəti qurbanlar kimdir - Ənənəvilər köhnə və yeni rəqiblərini hədəfə alıb


14-04-2014, 09:08
Hakimiyyət daxilində növbəti qurbanlar kimdir - Ənənəvilər köhnə və yeni rəqiblərini hədəfə alıb
DİA.AZ: - Hakimiyyət içindən çalxalanır. Artıq iqtidar daxilində toqquşan qüvvələr bir-birilərinə zərbələr vurmaqdadırlar. Son zamanlar çox mühüm postlarda həyata keçirilən kadr dəyişikliklərini qeyd etdiyimiz situasiyanın bariz təzahürü kimi qiymətləndirmək lazımdır.

DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbənin iddialarına görə, son günlərin dəyişikliyində əsas maraqlı tərəf kimi çıxış edən iqtidariçi qüvvələr artıq növbəti hədəfləri barədə də dəqiq bilgiləri ictimaiyyətə sızdırmaqdadırlar.

Hakimiyyət daxilində növbəti qurbanlar kimdir - Ənənəvilər köhnə və yeni rəqiblərini hədəfə alıb

Mənbənin söylədikləri: «Sırada nəqliyyat naziri Ziya Məmmədov və «Azenerji»nin prezidenti Etibar Pirverdiyevdir. Onlara qarşı total hücum var və plan baş tutarsa, yaxın vaxtlarda hər iki fiqura «əlvida» deyiləcək».

Məlumatlı mənbə dia-az.site-a verdiyi informasiyasında onu da vurğuladı ki, iqtidariçi balansda ciddi dəyişikliyə nail olunmadığından ənənəvilər həm köhnə və həm də yeni rəqiblərilə birdəfəlik haqq-hesab çürütməkdədirlər.

Geri qayıt