Əsas Səhifə > Siyasət, Manşet > Elnur Aslanov kimin hədəfindədir? – Hakimiyyət daxilində cərəyan edən olayların ilginc məqamları
Elnur Aslanov kimin hədəfindədir? – Hakimiyyət daxilində cərəyan edən olayların ilginc məqamları11-04-2014, 10:56 |
DİA.AZ: - Son günlər Azərbaycanda nurçuluq məsələsi olduqca aktuallaşıb. Hətta vəziyyət o həddə çatıb ki, artıq ölkəmizdə kadr dəyişikliyinin də kökündə məhz bu faktorun dayandığı iddia olunur. Məsələn, iddia olunur ki, Prezident Administrasiyasının sabiq şöbə müdiri Elnur Aslanov PA-dakı mövqelərini məhz nurçularla əlaqəli olması səbəbindən itirib. «Nurçuların kralı» - Fətullah Gülənlə münasibətləri pozulan Türkiyənin baş naziri Ərdoğan isə Bakı səfəri zamanı və bu səfərdən sonra da Azərbaycandakı nurçu şəbəkəsi barədə danışıqlar apardı və danışdı ki, bu da nurçuların çox ciddi şəbəkələşmiş qüvvə olmaları barədə təəssürat yaradır. Amma vəziyyət heç də görüntüdə olduğu kimi deyil. Bu barədə DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, əslində bu gün iqtidar daxilində yeni nəsillə köhnə eşalonun çəkişməsi gedir: «Yeni nəsil hələlik uduzan tərəfdir. Görüntüdə olanı da budur. Nurçuluq, filan-filan yerlərə bağlılıq… bütün bu ittihamlar sadəcə olaraq bəhanədir. Yəni zərurət yaransaydı, Elnur Aslanov «Roma Papasının əlaltısı» kimi də hədəfə çevrilərdi. Burada maraq tamam başqadır. Məsələnin mahiyyəti tamam fərqlidir. Proses yenilərlə köhnələrin çəkişməsindən ibarətdir və kifayət qədər təcrübəsiz olan yenilər köhnələrin bir həmləsi ilə pərən-pərən salındılar. Amma proses bitmiş də hesab oluna bilməz». Bu arada bir məqama xüsusi diqqət ayırmağın vacibliyini qeyd edən məlumatlı mənbə dia-az.site-a açıqlamasında bildirdi ki, əsas nəzər yetirilməli məsələ döyüşlərin açıq getməsidir: «Yəni Elnur Aslanov və onun çevrəsi bu gün «xalq düşməni» kimi hədəfə çevriliblər. Halbuki Elnur Aslanov yenidən təyinat aldı. Artıq kifayət qədər vəzifəli şəxsdir. Eyni zamanda ona yaxın olan şəxslər də bu gün mövqe və mənsəb sahibləridir. Amma buna rəğmən əks cinah Aslanovu və ətrafını açıq şəkildə hədəfə çevirib. Bu isə antiaslanovçuların (onlar özlərinə antinurçu deyirlər ki, bu da kifayət qədər ziddiyyətli məsələdir -red.) həm özlərini inamlı hiss etmələrindən və həm də rəqiblərini sona qədər məhv etmə niyyətlərindən irəli gələn bir haldır». Bundan sonra nə baş verəcək? Bu sualı cavablandıran mənbə bildirir ki, yekunda proseslərə nöqtə qoyulmalıdır: «Problem var və problemin konservləşdirilməsi, «razborka»nın ertələnməsi imkansızdır. Çünki ara çox açılıb. Hətta o həddədirlər ki, bir-birilərinə salam verməyəcək səviyyəyə qədər gəliblər. Belə olan təqdirdə hansısa tərəfə ağırlıq salınıb, məsələnin bitməsi lazımdır. Çünki bu adamlar özlərini vahid komandanın üzvləri kimi hiss etmirlər. Odur ki, komandanın müdaxiləsi mütləq olacaq». Mənbəmiz onu da bildirdi ki, iqtidar daxilindəki evcik-evcik oyunundan başqa bir əhəmiyyət daşımayan nurçuluq ittihamı isə prosesdə əsas predmet rolunu bundan sonra da oynamaqda davam edəcək: «Çünki başqa bir mahiyyətli ittiham ümumi gəmiyə vurulan zərbə kimi qəbul oluna bilər. Halbuki hətta indiki şəraitdə belə hədəfdə olan fərdlər yox, ümumi gəminin özüdür». Geri qayıt |