Əsas Səhifə > Siyasət, Manşet > Lerikdə vəziyyət uruscadır - Əhali rayonun kim tərəfindən idarə olunduğunu bilmir

Lerikdə vəziyyət uruscadır - Əhali rayonun kim tərəfindən idarə olunduğunu bilmir


1-04-2014, 10:14
Lerikdə vəziyyət uruscadır - Əhali rayonun kim tərəfindən idarə olunduğunu bilmir
DİA.AZ: - Lerik rayonundan redaksiyamıza rayon rəhbərliyinin fəaliyyəti ilə bağlı şikayət xarakterli məktub daxil olub. Məktubda rayondakı özbaşınalıqlardan, İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla birinci müavini Cəlil Baxşıyev arasında münasibətlərdən söhbət açılır.

DİA.AZ-ın elektron poçtuna daxil olan məktubu olduğu kimi, təqdim edirik:

“Biz leriklilər olaraq ulu öndər Heydər Əliyev ideyalarına sadiq olmuşuq və bu gün də cənab prezident İlham Əliyevin siyasətini dəstəkləyirik. Keçirilən bütün seçkilərdə cənab prezidentə səs veririk. Amma bu gün Lerik rayonuna rəhbərlik edən şəxslər rayonda öz yartımaz fəaliyyətləri ilə vəziyyəti gərginləşdirməyə, insanlar arasında cənab prezidentə inamsızlıq toxumu səpməyə çalışırlar.

Bu gün Lerikdə sosial-iqtisadi durum çox ağırdır. Əhali ciddi şəkildə işsizlikdən əziyyət çəkir. Öz gücünə xırda ticarətlə məşğul olub, gündəlik qayğılarını həll etməyə çalışan kiçik sahibkarlara rayon rəhbərliyi qənim kəsilib. İcra başçısının adından onlardan rüşvət tələb edilir. Min-bir əziyyət hesabına qazandıqları pulları əlində alırlar. Büdcə təşkilatlarında çalışanların da vəziyyəti ağırdır. Cüzi məvacib alan işçilərdən də vaxtaşırı müxtəlif üsullarla pul tutulur.

İcra Hakimiyyətinin başçısı Rövşən Bağırova bu məsələlərlə bağlı dəfələrlə müraciət etsək də, onunla görüşmək mümkün olmur. Başçının formal qəbul günləri olsa da, o, həmin günləri Bakıda keçirir. Rayonda yalnız icra başçısının I müavini Cəlil Baxşıyevlə görüşmək mümkündür. I müavin də rayona özünün rəhbərlik etdiyini deyərək, bütün məsələlərə şəxsən özü tərəfindən qərar verildiyini deyir.

Belə görünür ki, I müavin icra başçısını saya salmır. Hətta bunu icra başçısının nəzərinə çatdırdıqda o, “Cəlil Baxşıyev belə deyirsə, demək belədir” şəklində qarşılıq verir. Xahiş edirik ki, bizim bu müraciətimizi işıqlandıraraq, dövlət rəhbərliyinin Lerik rayon İcra Hakimiyyətinin qanunsuz fəaliyyəti ilə bağlı məlumat əldə etməyinə şərait yaradasınız”.

Onu da bildirək ki, ümumiyyətlə, bir sıra rayonlarda birinci müavininin sözü icra başçısının sözündən daha kəsərlidir.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt