Əsas Səhifə > Siyasət, Manşet > Misir Mərdanovun kadrları Mikayıl Cabbarova qarşı toparlanır – Nazirlik daxilində əks qütb yaranıb
Misir Mərdanovun kadrları Mikayıl Cabbarova qarşı toparlanır – Nazirlik daxilində əks qütb yaranıb28-03-2014, 10:54 |
DİA.AZ: - Təhsil Nazirliyi daxilində Mikayıl Cabbarova qarşı müxalifət yaranıb və bu qüvvəyə kənardan ciddi şəkildə dəstək verilir. Bu barədə DİA.AZ-a məlumat verən TN-dəki mötəbər mənbə iddia edir ki, hətta vəziyyət o həddə qədər inkişaf edib ki, nazirin özü belə “daxili müxalifəti” zərəzsiləşdirməkdə acizdir. Xəbəri verən qaynağa görə, buna səbəb Mikayıl Cabbarovun TN daxilindəki müxalifətə kənardan dəstək verən qüvvələrdən xeyli zəif olması faktıdır. Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, Təhsil Nazirliyindəki müxaliflərin başında dayanan şəxs kadrlar şöbəsinin müdiri Fərzəli Qədirovdur. dia-az.site-a daxil olan məlumatlarda iddia edilir ki, Qədirov olduqca təhlükəli fiqur olaraq tanınır. Çünki onun qurduğu oyunlarda indiyə qədər çoxları «yanıb». Bu səbəbdən də bəziləri onun üzərinə getməkdən ciddi şəkildə çəkinirlər. Amma Mikayıl Cabbarov vəzifə başına keçərkən, ilk işdən çıxaracağı adam da elə kadrların müdiri olub. Lakin Fərzəli Qədirovun yuxarıdan gələn tapşırıq əsasında postunda qalması razılaşdırılıb. Bildirək ki, Qədirovun əsas gəliri isə orta məktəblərə direktorlardan tutmuş, müəllimə qədər hər birini təyin etməkdən çıxır. Məsələn, Bakıda müəllim işləmək istəyən şəxsin onu görmədən bu imkana sahib olması mümkün deyil. Görmək isə məktəbin harada və hansı rayonda yerləşməsinə bağlıdır. Və rəqəmlər də 10 mindən 25 min manatadək dəyişir. Cənub bölgəsindəki təhsil şöbələri isə birbaşa Fərzəli Qədirova tabedirlər və onların təyinatını da məhz kadrlar şöbəsinin müdiri verib. Bəziləri qohumları olsa da, bəziləri demək olar ki, savadsızdırlar. Onları açıq şəkildə himayə edən şöbə müdiri təbii ki, hər ay üçün haqqını da istəyir. Yəni hələ də əlindəki gəlir rımaqlarını qoruyub-saxlayan Fərzəli Qədirov həm də maddi baxımdan nazirlikdə xüsusi muxtariyyətə malik olduğundan özünə daxildə kifayət qədər tərfdar və çevrə toplaya bilib. Geri qayıt |