Əsas Səhifə > Siyasət, Manşet > Daha iki deputat 2015-ci il seçkilərində seçisi dəstəyinə ümid etməyə bilər
Daha iki deputat 2015-ci il seçkilərində seçisi dəstəyinə ümid etməyə bilər25-03-2014, 12:24 |
DİA.AZ: - Cəlilabad camaatı deputatlarını axtarır. 2010-cu ildə parlamentə mandat qazanmış Mirkazım Kazımov və Malik Həsənovu bu illər ərzində görüb, dərdlərini deyə bilməyən rayon sakinləri onlar üçün and içir. DİA.AZ-a daxil olan məlumata görə, indiyə qədər bu məsələni o qədər də qabartmayan rayon sakinləri artıq bezdiklərini dilə gətiriblər. Məlumatda deyilir ki, mandat qazandıqdan sonra seçildikləri dairələrə getməyən və ya getdikdə heç kimlə görüşməyən sözügedən deputatların hərəkətləri insanlara pis təsir edib. Ona görə də, bir neçə kəndin sakinləri and-aman ediblər ki, əgər Mirkazım Kazımov və Malik Həsənov Cəlilabada gələrlərsə, onları yumurta atəşinə tutacaqlar. Qeyd edək ki, Malik Həsənov komitə sədri Kərəm Həsənovun qardaşıdır. Mirkazım Kazımov isə «Qasid» mətbuatyayım firmasının rəhbəridir. Geri qayıt |