Əsas Səhifə > Siyasət, Manşet > İki rayonun rəhbəri dəyişdirilir - Səlim Müslümov qohumunu yeni vəzifəyə daşıya biləcəkmi?
İki rayonun rəhbəri dəyişdirilir - Səlim Müslümov qohumunu yeni vəzifəyə daşıya biləcəkmi?19-03-2014, 10:38 |
DİA.AZ: - Çoxdandır Bakının və daha bir neçə əyalət rayonlarının rəhbərlərinin dəyişəcəyi söylənilsə də, bu barədə hələlik hər hansı hərəkətlənmə müşahidə olunmur. Bununla bağlı redaksiyamıza danışan məlumatlı mənbə DİA.AZ-a açıqlamasında bildirib ki, dəyişikliklər bayramdan sonraya təsadüf edəcək: «Əslində bu gün hakimiyyətin yuxarı eşalonunda müşahidə olunan dəyişikliklər birbaşa olaraq aşağı heyətin tərkibinin də müəyyənləşməsinə təsir göstərdiyindən icra başçılarının məsələsi bir növ ertələnmiş oldu». Xəbəri verən qaynaq onu da bildirdi ki, amma bayramdan sonra iki rayonun icra başçısı vəzifələrindən alınacaq: «Onlardan biri Bakının Xətai rayonunun icra başçısı Razim Məmmədov, digəri isə Ağsunun icra başçısı Ənvər Seyidəliyevdir». Bildirək ki, Ənvər Seyidəliyev əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun yaxın qohumudur. Amma buna rəğmən Ağsuda müşahidə olunan narazılıqlar icra başçısının dəyişdirilməsini zəruri edib. Qeyd edək ki, Səlim Müslümov bu gün iqtidar düşərgəsində özünü yeni komandaya üzv edə bildiyindən kifayət qədər ciddi mövqedə dayanır və bu səbəbdən Ənvər Seyidəliyevin işsiz qalmayacağı da söylənilir. Geri qayıt |