Əsas Səhifə > Siyasət, Güney Press, Manşet > Heydər Əsədov İsmət Abbasovun daha iki kadrını yola saldı

Heydər Əsədov İsmət Abbasovun daha iki kadrını yola saldı


18-03-2014, 10:20
Heydər Əsədov İsmət Abbasovun daha iki kadrını yola saldı
DİA.AZ: - Kənd Təsərrüfatı Nazirliyinin iki şöbə müdiri işdən çıxarılıb.

DİA.AZ bildiriri ki, Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Kənd Təsərrüfatı Nazirliyinin 17 mart 2014-cü il tarixli, 69k nömrəli əmri ilə Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Fərəcov Çingiz Əliş oğlu və Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Vəliyev Sabir Yadigar oğlu ilə bağlanmış əmək müqaviləsinə yaş həddi ilə əlaqədar xitam verilib.

Geri qayıt