Əsas Səhifə > Siyasət, Manşet > Nurçuların Bakıdakı əsas məkanı hədəfə alındı - «Qafqaz» Universitetinin təftiş qərarı verildi

Nurçuların Bakıdakı əsas məkanı hədəfə alındı - «Qafqaz» Universitetinin təftiş qərarı verildi


13-03-2014, 10:45
Nurçuların Bakıdakı əsas məkanı hədəfə alındı - «Qafqaz» Universitetinin təftiş qərarı verildi
DİA.AZ: - Son günlər böyük təhlükə olduqlarının fərqinə varılan nurçuların Azərbaycanda da ciddi şəbəkəyə malik olduqları artıq dəfələrlə və tutarlı faktlarla sübuta yetirilib. Məlumdur ki, onlar bu gün Azərbaycanda təhsil və biznes sahəsində əməlli-başlı möhkəmlənə biliblər. Doğrudur, nurçuların Azərbaycan təhsilindəki dayaqlarının sahibi olan «Çağ» Öyrətim İşlətmələrinə aid liseylərin və habelə Qafqaz Universitetinin Dövltə Neft Şirkəti tərəfindən satın alındığı iddiası ortaya atıldı ki, sonradan da bu alqı-satqının əslində ortaqlıq mahiyyəti daşıdığı üzə çıxdı.

Redaksiyamıza isə bu arada maraqlı bir informasiya ötürülüb. Təhsil sistemindəki mənbələrdən daxil olan informasiyaya görə, artıq təhsil nazirliyi Qafqaz Universiteti ilə bağlı maliyyə araşdırmalarının həyata keçirilməsi üçün Hsablama Palatasına yazılı şəkildə müracitə edib.

Nurçuların Bakıdakı əsas məkanı hədəfə alındı - «Qafqaz» Universitetinin təftiş qərarı verildi

Məlumatı verən mənbə bildirir ki, TN Qafqaz Universitetinin maliyyə fəaliyyətində ciddi nöqsanların olmasından şübhələndiyindən bu qərarı verib.

Hər halda, verilmiş qərar olduqca ciddidir və görünəni odur ki, hətta «ARDNŞ çətiri» belə nurçuların əsas məkanı olan Qafqaz Universitetinin fəaliyyətinin təftişini əngəlləyə bilməyib. Bu həm də o deməkdir ki, rəsmi Bakı nurçularla birdəfəlik üzülüşmək fikrindədir və verilmiş qərarın da son günlərin gərginliyinə şübhəsiz aidiyyatı var.

Geri qayıt