Əsas Səhifə > Siyasət, Manşet > «Ergenekon işi»nin baş qəhrəmanı - Vəli Kiçik Paşa Azərbaycana gəlməyə hazırlaşır
«Ergenekon işi»nin baş qəhrəmanı - Vəli Kiçik Paşa Azərbaycana gəlməyə hazırlaşır12-03-2014, 08:54 |
DİA.AZ: - Dünən Türkiyə məhkəmələri tərəfindən azadlığa buraxılan nüfuzlu jandarma generalı və əslən Azərbaycan türkü olan Vəli Kiçik paşa ilə bağlı redaksiyamıza maraqlı bir məlumat daxil olub. Türkiyənin Millətçi Hərəkat Partiyasının ülkü ocaqlarının İstanbul qolunun tanınmışlarından olan Ləvənt Təmizin sosial şəbəkələrdəki səhifəsində verilən açıqlamaya azərbaycanlı general yaxın günlərdə Bakıya gələcək. Xatırladaq ki, Vəli Kiçik Paşa illərdir Türkiyədə yüzlərlə generalı, zabitləri həbsə atdıran məşhur gizli «Ergenekon» təşkilatının lideri kimi təqdim olunur. Və onun Türkiyə dərin dövlətinin BABASI olduğu da iddia edilir. Hər zaman Azərbaycana bağlı olduğunu hiss etdirən Vəli Kiçik Paşanın bu nüfuzu hətta Türkiyənin məşhur serialı olan «Qurdlar Vadisi Pusu»da İsgəndər Böyük obrazı ilə canlandırılmışdı. Doğrudur, Ərdoğan iqtidarının təsiri altında olan bu serialda Vəli Kiçik Paşa dövrün tələblərinə uyğun olaraq mənfi obraz kimi təqdim olunsa da, əslində onun Türkiyə dövləti və Türk milləti adına hansısa utancverici hərəkətdə bulunmadığı bir faktdır. İndi isə aydın olur ki, nəhayətdə dünən azadlığa çıxan Vəli Kiçik Paşa həbsxanadan çıxar-çıxmaz - BÖYÜK ANA VƏTƏNİ adlandırdığı Azərbaycana gəlməyi planlayır. Onun Bakıda kimlərlə görüşəcəyi bəlli deyil. Geri qayıt |