Əsas Səhifə > Siyasət, Manşet > Zakir Fərəcovun rəyi də Qorxmaz Hüseynov üçün yetərli olmayıb – Kəlbəcər qaçqını prezidentə müraciət etdi

Zakir Fərəcovun rəyi də Qorxmaz Hüseynov üçün yetərli olmayıb – Kəlbəcər qaçqını prezidentə müraciət etdi


10-03-2014, 11:27
Zakir Fərəcovun rəyi də Qorxmaz Hüseynov üçün yetərli olmayıb – Kəlbəcər qaçqını prezidentə müraciət etdi
DİA.AZ: - Kəlbəcər rayon Yanşaq kəndində qeydiyyatda olan Mürsəlov Zamin Saqi oğlu prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş bir nüsxəsi də DİA.AZ-a daxil olan şikayət məktubunda bildirir:

“Cənab prezident. Sizə Azərbaycan Respublikasının vətəndaşı, Kəlbəcər rayon sakini və məcburi köçkün kimi müraciət edirəm. “Azərsu” ASC-də hökm sürən məmur özbaşınalığından şikayətçiyəm. Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi zamanı, Abşeron rayonu, Hökməli qəsəbəsində sahəsi 0.0,5 ha torpaq sahəsinə olan mülkiyyət hüququm pozulmuş, həmin torpağın üzərində olan fərdi yaşayış evim, daş hasarım və dəmir darvaza qanunsuz olaraq "Azərsu" ASC-ti tərəfindən zəbt olunmuş və sökülmüşdür. "Azərsu" ASC cənab Prezidentin 2 fərmanını və Nazirlər Kabinetinin 3 qərarını icra etməkdən boyun qaçırır.

"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov və şöbə müdürü Şahin Camalov 2013-cü ilin noyabr ayında mülkiyyət hüququm pozulduğu üçün mənə kompensasiyanın tam şəkildə verilməsini vəd etdi.

"Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov 10.12.2013-cü il tarixdə QH-13/17668 saylı məktubla Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova müraciət edərək mənim mülkiyyətimdə olan torpaq sahəsinə rəy və sərəncam verilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov 30.01.2014-cü il tarixdə №285 saylı məktubu ilə rəy vermişdir.

30.01.2014-cü il tarixdə №18 saylı məktubu ilə, mənim mülkiyyətimdə ola torpaq sahəsinin üzərində mənim razılığım əsasında, "Azərsu" ASC-nin tikili aparılmasına sərəncam vermişdir. Lakin hal-hazırda mənə məlum olmayan səbəbdən "Azərsu" ASC-nin mənə kompensasiyanın verilməsindən imtina edir. Dövlət məmuru tərəfindən məni dolamaqlarına, əla salmaqlarına və aldatmaqlarına aydın gətirəsiniz.

Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti mənim mülkiyyət hüququma təminat verdiyi halda, "Azərsu" ASC mülkiyyət hüququmu pozduğu üçün təəccüb edirəm.

Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

Konstitusiyanın 29-cu maddəsində deyilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Xahiş edirəm, mənə Azərbaycan Respublikasının Konstitusiyası və Dövləti tərəfındən mülkiyyət hüquqlarıma təminat verildiyi üçün və mülkiyyət hüququm "Azərsu" ASC tərəfindən pozulduğu üçün, konstitusion və mülkiyyət hüquqlarımın bərpa olunmasında, kompensasiyanın "Azərsu" ASC-ti tərəfindən verilməsində köməklik edəsiniz”.

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq...

Geri qayıt