Əsas Səhifə > Siyasət, Manşet > Elşad İsgəndərovla bağlı şok ittiham yağışı – Komitə sədri ABŞ-ın gizli “şiə planında” var imiş...

Elşad İsgəndərovla bağlı şok ittiham yağışı – Komitə sədri ABŞ-ın gizli “şiə planında” var imiş...


4-03-2014, 10:40
Elşad İsgəndərovla bağlı şok ittiham yağışı – Komitə sədri ABŞ-ın gizli “şiə planında” var imiş...
DİA.AZ: - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərova qarşı vəhabi-nurçu media şəbəkəsi tərəfindən yeni ittihamlar yağdırılmaqdadır. DİA.AZ-a göndərilən son məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

“Son bir aydır ki, DQİDK sədri Elşad İsgəndərov İranpərəst kimi qələmə verilmişdir. Əslində Elşad İsgəndərov özü belə şərait yaratmışdır ki, İran və Allahşükür Paşazadənin fikrini yayındıra bilsin. Elşad İsgəndərov DQİDK-də çevrəsinə şiələri toplamaqla özü belə bir imic formalaşdırdı ki, gələcəkdə ABŞ ilə bərabər apardığı işdə İranın diqqətindən yayınsın.

Hamıya məlumdur ki, İrandan təbliğ olunan şiəliyin əsasında, İmam Xomeyninin qoyduğu “Vilayət Fəqih” konsepsiyası durur. Yəni İranın dini lideri qeybə çəkilmiş 12 imamın yer üzərindəki nümayəndəsidir. ”Vilayət Fəqih” konsepsuyasının əsasında İran İslam İnqilabını xarici ölkələrə ixrac etmək şiəliyin əsas etiqadı kimi qeyd edilmişdir. İran “Vilayət Fəqih” konsepsiyası sayəsində dünya şiələrini İranın Ali Dini lideirnə və dünya şiələrini İranın müctəhidlərinə bağlı olmağa çağırır. Ona görə ki, İran istədiyi zaman başqa ölkələrdə müctəhidlər vasitəsi ilə yəni onların fətvası ilə ara qarışdıra bilir.

ABŞ isə buna qarşı Corc Buş dönəmidnən dünya şiələrini İranın Dini Liderinə bağlı olmaqdan yayındırmaq üçün yeni layihələr həyata keçirir. Bu sahədə çoxlu konfranslar təşkil edilmişdir.

ABŞ, Türkiyə və Ərəb Körfəzi ərəbləri yeni layihəyə əsasən dünya şiələrini İrandan uzaqlaşdırmaq üçün şiəliyin əsası və əsl qaynağı olan İraqda yerləşən Nəcəf şiə mədrəsəsini önə çəkir. Səudiyyə Ərəbistanı bunun üçün milyonlarla dollar xərcləyir. Türkiyədə Müqtədə Sədr üçün rəsmi dövlət tərəfindən ofis açlımışdır. Müqtədə Sədr hər il Səudiyyə Kralı ilə görüşür. ABŞ, Türkiyə və Səudiyyə Ərəbistanı çalışır ki, ərəb şiə mədrəsəsi dünya şiələri üçün mərceyi təqlid olsun. Bu proqram baş tutsa, regionda İranın nüfuzu zəifləyəcəkdir.

İran buna görədir ki, İraqda ərəb şiə mərceyi təqlidi güclənməsin deyə əsl ərəb şiə liderlərini aradan götürdür. Əsl ərəb şiəliyi məlum olduğu kimi İmam Xomeyninin “Vilayət Fəqih “ konsepsiyasını qəbul etmir. Buna misal İraqda ərəb şiələrinin liderlərindən Muqtədə Sədri göstərmək olar. Müqtədə Sədr “Vilayət Fəqih” konsepsiyasını qəbul etmir və buna görədə bu gün Suriyada Bəşşar Əsəd tərəfindən vuruşmur və vuruşanları şəhid deyil, zalim cəhənnəmdə yananlar adlandırır.

Hamıya məlumdur ki, ABŞ İraqı işğal etdikdən sonra əsl şiə olan ərəb şiələri ilə anlaşdı və ərəb şiə mərceyi təqlidi ABŞ əsgərlərinə qarşı vuruşmağın haram olması fətvasını verdi. İran bundan sonra məcbur olub İraq Hizbullahını yaratdı.

Həmçinin İraqın Ali İslam Şurasının rəhbəri Ammar Abdul Əziz Həkim əsl ərəb şiəsidir və İranla neçə illərdir buna görə problem yaşayırlar.Livan Hizbullahı isə “Vilayət Fəqih” konsepsiyasını qəbul etdiyi üçün bu gün ona görədir ki, Suriyada savaşda iştirak edir.

Məsələdən çox kənara çıxmaq istəmirik. Bu məsələ barədə çox uzun bir analiz yazmaq mümkündür.

Əsas məsələ odur ki, Azərbaycan şiələrini və Azərbaycanda illərnən inkişaf etmiş İrana bağlı şiə mədrəsəsini ,DQİDK sədri Elşad İsgənədrov başqa səmtə çəkir. Yəni Elşad İsgəndərov ABŞ, Türkiyə və Səudiyyədəki bəzi havadarları İraq Ərəb Şiə mədrəsini olan Nəcəf mədrəsəsini Azərbaycana gətirmək üçün dövlət dairələrini razı salmağa çalışır. Əslində Elşad İsgənədrov ABŞ , Türkiyə və Səudiyyə ilə anlaşmasını nədənsə gizlədir. Elşad zənn edir ki, bu vasitə ilə Azərbaycan şiəliyini İrana bağlılıqdan ayıracaq və bu layihə çərçivəsində milyonlarla dollar qazanacaq.

Allahşükür Paşazadənin əslində vurulması və nüfuzdan salınmasının arxa planda məqsədi bundan ibarətdir. Allahşükür Paşazadə İraqın əsl ərəb şiyə mədrəsəsi olan Nəcəf mədrəsəsinin illərdir Azərbaycana girməsinə mane ola bilirdi. Çünki Şeyx özü İmam Xomeyninin "Vilayet Feqih" konsepsiyasına bağlıdır. Şeyx iki gündür Elşad İsgəndərovun ABŞ ilə gizli planından xəbər tutub. Şeyx indi Elşad İsgəndərovu vəzifəsindən uzaqlaşdırmaq üçün bütün gücünu ortaya qoyacaq. Çünki bu etiqad məsələsidir. Cənnət Cəhnnəm məsələsidir. Bu dəfə durum fərqlidir.

Çünki Elaşd İsgəndərov Türkiyədə səfərdə olan Müqtədə Sədrin ofisinin rəhbəri ilə görüşlər keçirir. Səudiyyə Ərəbistanı ziyarətində Səudiyyə Ərəbistanı Dini İşlər Naziri ilə şəxsən bu məsələləri müzakirə etdiyini nə üçün gizlədir. Səudiyyə Ərəbistanı Dini İşlər Nazirliyi bu layihə üçün milyonlarla dollar xərcləməyə hazır olduğunu bildirib.

Elşad İsgəndərov sədr təyin edildikdən sonra görmədiniz ki, Ocaq Nicatın da nüfuzunun yox edilməsi üçün “facebook” və mediada ona qarşı nə kimi çirkin kampaniyalar aparırldı. Bunlar hamısı hazırlıq üçün idi.

Qısa olaraq ABŞ , Türkiyə və Səduyyə Ərəbistanı, Elşad İsgəndərov vasitəsi ilə Azərbyacanda dini duruma müdaxilə edirlər”.

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt