Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyət dəyişikliklərə Bakıdan başlama qərarı verdi

Hakimiyyət dəyişikliklərə Bakıdan başlama qərarı verdi


3-03-2014, 10:47
Hakimiyyət dəyişikliklərə Bakıdan başlama qərarı verdi
DİA.AZ: - Bakının iki rayonunun rəhbəri «yuxarıların» qəzəbinə tuş gəlib. Bu barədə DİA.AZ-a danışan Nazirlər Kabinetindəki mötəbər mənbənin sözlərinə görə, yaxın günlərdə Sabunçu və Suraxanı rayonun icra başçıları vəzifələrindən alınacaq. Səbəbsə, onlarla bağlı dövlət qurumlarına, xüsusən də Prezident Administrasiyasına edilən şikayət xarakterli müraciətlərin son bir ayda ciddi şəkildə artmasıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Prezident Administrasiyası barələrində şikayətlər edilən və yaxud da az şikayət olunan rayon icra strukturlarının statistik bilgilərini açıqlamışdı. Həmin açıqlamada adları çəkilən rayonların mövqeləri o qədər də təhlükəli olmasa da, 2014-cü il gələr-gəlməz hər iki rayonun rəhbərliyi ilə bağlı narazılıqlar pik həddə çatıb.

Mənbənin dia-az.site-a söylədikləri: «Təbii ki, həssas bir məqamda hakimiyyətə hansısa icra başçısının nazı ilə oynamaq heç də sərfedən deyil. Bu gün Sabunçunun icra başçısı Adil Vəliyev az qala mətbuatın ulduzuna çevrilib. Eyni qaydada İlqar Abbasovdan da narazılıqlar yetərincədir. Son olaraq isə Adil Vəliyevin insan ölümünə nədən olan qərarı «yuxarıların» da onunla bağlı qərar verməsinə gətirib çıxarıb.

Geri qayıt