Əsas Səhifə > Siyasət, Manşet > İqtidarın məxfi dairələrinin maraqlı sorğusu: Ziya Məmmədova qarşı aqressiya var

İqtidarın məxfi dairələrinin maraqlı sorğusu: Ziya Məmmədova qarşı aqressiya var


24-02-2014, 10:46
İqtidarın məxfi dairələrinin maraqlı sorğusu: Ziya Məmmədova qarşı aqressiya var
DİA.AZ: - Hakimiyyətin xüsusi qrupu tərəfindən çox maraqlı bir araşdırma həyata keçirilib. Bu barədə DİA.AZ-a hökumət içindəki mötəbər mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, neçə illərdir ki, yerlərdə əhalinin hakimiyyətə və konkret olaraq ayrı-ayrı məmurlara, habelə ölkədə və dünyada baş verən hadisələrə reaksiyasını öyrənən institut fəaliyyət göstərməkdədir. Həmin qrup tərəfindən əldə edilən nəticələrin cidi şəkildə araşdırıldığını və qiymətləndirildiyini bildirən mənbəmiz maraqlı bir məlumatı da açıqlayıb.

Qaynağın verdiyi xəbərə görə, son zamanlar məmur-əhali münasibətlərində yaranan problemlərin sayının artması və bu problemlərə qabarıq reaksiyaların verilməsi sözügedən qrupu əhalidə aqressiya yaradan məmurların siyahısını müəyyənləşdirməyə vadar edib.

Mənbəmiz bildirir ki, ölkənin dörd iri şəhərində və habelə mühüm aktiv məntəqələrdə həyata keçirilən gizli sorğu və araşdırma nəticəsində vətəndaşlarda aqressiya oyadan məmurların ilk üçlüyü aşağıdakı kimi müəyyən olunub:

1. Nəqliyyat Naziri Ziya Məmmədov;
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov;
3. və icra başçısıları və yaxud da hansısa yerli məmur…

Mənbəmiz bildirir ki, bütün yerlərdə üçüncü yerdə ya icra başçısının adı, ya da hansısa yerli məmurun adı yer alıb. Yəni buradan da aydın olur ki, bu gün nəqliyyat naziri Ziya Məmmədov cəmiyyətdə özünə qarşı yetərincə aqressiya yarada bilib. Hər halda, bu gün NN müfəttişlərinin özbaşınalıqları, habelə Ziya Məmmədovun adamlarının yerlərdəki fəaliyyəti nazirin reputasiyasını bəlli formaya gətirib. Eyni zamanda uzun müddət taksilərə qarşı SAVAŞ ELAN EDƏN və burada konkret olaraq öz şəxsi biznes marağını güdən, hətta köhnə maşınla taksi xidməti göstərən vətəndaşlardan danışarkən «onlardan irgənirəm» kimi ifadələr işlədən Ziya Məmmədovu göründüyü kimi, cəmiyyət heç də bağışlamayıb.

Geri qayıt