Əsas Səhifə > Siyasət, Manşet > Hakimiyyətdən gözlənilməz dəyişiklik qərarı – Abid Şərifov baş nazir postuna gətirilir

Hakimiyyətdən gözlənilməz dəyişiklik qərarı – Abid Şərifov baş nazir postuna gətirilir


22-02-2014, 13:26
Hakimiyyətdən gözlənilməz dəyişiklik qərarı – Abid Şərifov baş nazir postuna gətirilir
DİA.AZ: - Son zamanlar yola salınacı haqda məlumatların intensivləşməsinə baxmayaraq redaksiyamıza daxil olan məlumatlardan aydın olur ki, baş nazirin müavini Abid Şərifov daha yüksək vəzifəyə təyin edilə bilər. Bu barədə DİA.AZ-ı bilgiləndirən mötəbər qaynağa görə, Abid Şərifov hakim düşərgədə çox ciddi etimad sahibi olmaqla yanaşı, o, həmçinin prezident komandasında yerini kifayət qədər möhkəmləndirib. Mənbəmiz bildirir ki, keçən ilin 22 oktyabr tarixində Nazirlər Kabinetinin təsdiqlənməsi o demək deyil ki, hansısa nazir vəzifəsindən alınmayacaq və yaxud da baş nazir postunda dəyişiklik ola bilməz.

Hakimiyyətdən gözlənilməz dəyişiklik qərarı – Abid Şərifov baş nazir postuna gətirilir

Redaksiyamıza daxil olan məlumatlara görə, Abid Şərifovun baş nazir postuna gətirilməsi planı mövcuddur və realdır. Bildirilir ki, Abid Şərifovun son günlər aktual mövqeyi də onun reklamı üçün çox mühüm əhəmiyyət daşıyıb. Mənbəmiz bildirir ki, Artur Rəsizadənin gedişi ilə bağlı qəti qərar verilib və onun yerinə gözlənilənlərin əksinə olaraq Abid Şərifov təyin ediləcək. Yəni bu o deməkdir ki, baş nazirin müavini köhə eşalon təmsilçisi hesab olunsa da, yeni komandada özünə yer edə bilib.

Redaksiyamızın əldə etdiyi məlumatlardan o da aydın olur ki, bu günə qədər Artur Rəsizadənin yerinə göz dikən digər oliqarx-məmurlar da artıq bu plandan xəbərdardırlar: «Qəti qərar verildiyindən həm də demək olar ki, artıq baş nazirlik uğrunda mübarizəyə son qoyulur».

Geri qayıt