Əsas Səhifə > Siyasət, Manşet > Qərib Məmmədovdan məmurlara şok zərbə - Onların torpaqları əllərindən alına bilər

Qərib Məmmədovdan məmurlara şok zərbə - Onların torpaqları əllərindən alına bilər


20-02-2014, 10:12
Qərib Məmmədovdan məmurlara şok zərbə - Onların torpaqları əllərindən alına bilər
DİA.AZ: - «Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədovun göstərişi ilə Bakının rayonlarında qanunsuz olaraq zəbt olunmuş torpaq sahələri ilə bağlı dəlilli-sübutlu xüsusi sənəd hazırlanır». Bu ilginc məlumatı DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə verib.

Xəbəri verən qaynaq iddia edir ki, həmin sənəddə hətta hazırda da vəzifə başında olan nüfuzlu məmurların özləri və yaxınları tərəfindən zəbt edilmiş böyük torpaq sahələri ilə bağlı məlumatlar yer almaqdadır: «Təbii ki, Qərib Məmmədovun belə bir sənədi hazırlatması təsadüfi ola bilməz».

Məlumata görə, komitə sədrinə də bu barədə «yuxarıdan» göstəriş verilib: «Əldə olunan sənədlərlə bağlı hüquqi addımın atılacağı da istisna deyil. Təbii ki, burada daha çox zərərçəkən həmin torpaq sahələrinin qanunsuz olaraq sənədləşdirilməsində əsas iştirakçı tərəf kimi çıxış edən bələdiyyələrin rəhbərləri olacaq».

Onu da bildirək ki, bu günlərdə Qərib Məmmədov mətbuata açıqlama verərək bələdiyyə sədrlərini özbaşınalıqda ittiham etmişdi və komitə sədri bildirmişdi ki, bəzi bələdiyyələr hətta öz dairələrinə aid olmayan ərazilərlə bağlı da qərar veriblər.

Geri qayıt