Əsas Səhifə > Siyasət, Manşet > Ziya Məmmədov “varis planı” üzərində işləyir – Oğlunu nazir görmək istəyən NN şefinin şok imkanları

Ziya Məmmədov “varis planı” üzərində işləyir – Oğlunu nazir görmək istəyən NN şefinin şok imkanları


18-02-2014, 09:24
Ziya Məmmədov “varis planı” üzərində işləyir – Oğlunu nazir görmək istəyən NN şefinin şok imkanları
DİA.AZ: - Mərhum prezidnt Heydər Əliyevin sağlığında hətta jurnalistlərlə təmasdan belə çəkinən nəqliyyat naziri Ziya Məmmədovu bu gün efirlərdə əməlli-başlı meydan suladığını görəndə şaşırmaya bilmirsən. Hər halda, Heydər Əliyevin kölgəsi altında onun kimi məmurlar danışmağa belə cürət etmirdilər. Bu gün isə Ziya Məmmədov özünü o qədər arxayın və sərbəst hiss edir ki, hətta öz kaprizlərinivə xarakterik keyfiyyətlərini belə nümayişkaranə şəkildə ortaya qoyur.

Onun bu maneralarını redaksiyamıza şərh edən hakimiyyətə yaxın şəxslərdən biri redaksiyamıza bildirdi ki, əslində Ziya Məmmədov bu gün özünün iqtisadi qüdrət və imkanlarına görə, meydan sulayacaq səviyyədə birisidir: «Onun danışıq tərzi əlindəki imkanlarla düz mütənasibdir. Hərdən qəzetlər yazır ki, «Ziya Məmmədov vurulur». Bunlar ağ yalandır. Ziya Məmmədov bu gün «vurulan» yox, «vuran» tərəfdədir. O, hələ neçə-neçə məmuru yola salacaq gücdə və etimaddadır».

Mənbə bildirir ki, yaxın çevrəsini belə hakimiyyətdə vəzifələrə daşıyan Ziya Məmmədovun “vurulması” yalnız mətbuatın ortaya atdığı sözlərdir: “Ziya Məmmədov bu gün əlində ciddiu imkanları səfərbər edib. O, zaman-zaman bu qüdrətindən müdafiəsi üçün ustalıqla istifadə edir”.

Mənbəmiz onu da bildirdi ki, elə buna görə də Ziya Məmmədov mövqelərini daha da möhkəmləndirə blməsi üçün mübarizəyə qalxıb: «Təbii ki, onun kifayət qədər güclü rəqibləri var. Amma onların bu davada hansının hansını yenəcəyini ehtimal etmək çox çətindir. Hazrıki mənzərənin Ziya Məmmədovun əleyhinə olduğunu də söyləmək doğru deyil».

DİA.AZ-a danışan mənbə onu da bildirdi ki, Ziya Məmmədov hətta “varis planı” üəzrində də baş sındırır: “Diqqət yetirin, illərdir Ziya Məmmədov oğlu Anar Məmmədovu təbliğ edir. Bu işə böyük pullar xərclənir. Boşundan deyil. NN şefi oğlunu nazir postlarından birinə gətirməyə hazırlaşır ki, bu barədə də əksəriyyət məlumatlıdır”.

Geri qayıt