Əsas Səhifə > Siyasət, Manşet > Aydın Əliyev rəqiblərini «vura bilməsi» üçün fürsət əldə edib

Aydın Əliyev rəqiblərini «vura bilməsi» üçün fürsət əldə edib


13-02-2014, 12:27
Aydın Əliyev rəqiblərini «vura bilməsi» üçün fürsət əldə edib
DİA.AZ: - Dövlət Gömrük Komitəsi də kadr islahatlarına gedir. Bu barədə DİA.AZ-a komitədəki mənbələr informasiya verib.

Bildirək ki, məsələ ilə bağlı DGK-ya müraciət etsək də, İlk başdan mətbuat xidməti ilə əlaqə yaratmağımız deyildi, ardından da kimsə danışmaq istəmədi, ən yaxşı halda telefonlar məşğul göstərildi.

Odur ki, bizlər əldə etdiyimiz informasiyanı olduğu kimi diqqətinizə çatdırmaq qərarını verdik.

Komitədəki məlumatlı mənbə bildirir ki, DGK rəhbəri Aydın Əliyev çoxdandır gömrük sistemi daxilində böyük parçalanmaya nədən olan proseslərin hədəfinə çevrilib və bunun da nəticəsində bu gün DGK-da Aydın Əliyevin sözünün kəsəri belə qalmayıb: «Hər birinin arxasında bir kənar gücün dayandığı dövlət gömrük komitəsində ən axırıncı söz Aydın Əliyevə məxsus idi. Ən azından dünənə qədər. İndi isə vəziyyət tamamən dəyişib».

Mənbə iddia edir ki, birbaşa olaraq «yuxarıların» dəyişikliklərlə bağlı xeyir-duasını alan Aydın Əliyev öz gücünü ilk olaraq Nazirlər Kabinetinin brokerlərlə bağlı rəsmi qərarını alarkən nümayiş etdirmiş oldu: «Əslində bu qərar çox ciddi bir hadisə idi və burada Aydın Əliyevin tam dəstəkləndiyi nəzərə çarpdı».

Mənbəmiz iddia edir ki, yaxın günlərdə kadr islahatlarına başlayacaq Aydın Əliyevin ilk hədəfi də rəqibləri olacaq: «İlk olaraq «vurulanı» isə Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov olacaq. Bundan əlavə, DGK-da daha iki yüksəkçinli məmurun vəzifəsindən alınması gözlənilir».

Mənbəmiz iddia edir ki, Aydın Əliyevə yaxın olan başqa bir şəxs isə DGK-da müavin postuna gətiriləcək: «Bütün bu proseslər böyük səs-küy yaradacaq. Hər halda, kifayət qədər «gəlirli ünvan» kimi tanınan gömrük sistemində hər bir məmurun öz aləmində bir oliqarxa çevrilməsi şəraitində onların baş verənləri sükutla müşahidə edəcəyi ağlabatan deyil».

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt