Əsas Səhifə > Siyasət, Manşet > BDU tələbələrindən Suriyada döyüşə qatılan vəhabilərə şok müraciət

BDU tələbələrindən Suriyada döyüşə qatılan vəhabilərə şok müraciət


12-02-2014, 09:33
BDU tələbələrindən Suriyada döyüşə qatılan vəhabilərə şok müraciət
DİA.AZ: - Son günlər Azərbaycan vətəndaşlarının vəhabi təriqətinin təsiri altında Suriyadakı döyüşlərə qatılması və Azərbaycana artıq bu istiqamətdən yüzdən artıq vətəndaşının ölüm xəbərinin gəlməsi cəmiyyətdə də böyük narahatçılıq yaradıb. DİA.AZ-a bununla bağlı maraqlı bir müraciət daxil olub. Qeyd edək ki, müraciətin müəllifləri Bakı Dövlət Universitetinin ilahiyyət fakultəsinin bir qrup tələbəsidir və onlar Suriyada döyüşən və bu döyüşə qatılmağa hazırlaşan gənclərimizə müraciət ediblər.

Həmin müraciəti olduğu kimi diqqətinizə təqdim edirik: «Sizi başa düşürük. Allah uğrunda savaşdığınızı zənn edirsiniz. Amma inanın ki, sizi bu savaşa cəlb edənlərin nə dinə, nə də Allahın buyurduğu dəyərlərə heç bir aidiyyatı yoxdur.

Azərbaycan xalqının ənənəvi inanc sistemi yüz illər ərzində tarixin xəlbirindən ələnib gəlmişidir. Və bu inanc İslama səmimi münasibətdən ibarətdir. Amma nə yazıq ki, hansısa kənar güclərin şirnikləndirici təklifləri bu gün minlərlə vətəndaşımızın dədə-babalarımızdan qalan və həm də gerçək olan bir inancdan imtinasına gətirib çıxarıb.

Bunun da nəticəsidir ki, bu gün Qarabağ uğrunda şəhadəti göz önünə almalı olan oğullarımız Suriyada ölüm maşınının ağzına verilir. Suriya heç bir zaman Azərbaycan vətəndaşı üçün şəhidlik ünvanı deyil və ola da bilməz. Bu gün Suriyada hakimiyyət uğrunda mübarizə gedir. Təsəvvür edin, sizlər eyni amalla Ukraynada gedən proseslərə qatılmısınız və özünüzü Yanukoviçə qarşı gedənlərin yolunda fəda edirsiniz. Bu şəhidlikdirmi? Bu Allaha ibadətdirmi?

Bu gün Azərbaycanda minlərlə şəhid məzarı var və Azərbaycanda şəhidlərin sırası yalnız bu dövlət və millət uğrunda canını fəda edənlərin hesabına genişlənəcək.

Nə qədər gec deyil, aldandığınızın fərqinə varın. İnanın ki, bu, həm də uca Yaradana da xoş gedər. Allah sizi bağışlayar»…

Geri qayıt