Əsas Səhifə > Siyasət, Manşet > Hansı rayonların icra başçıları dəyişdirilir
Hansı rayonların icra başçıları dəyişdirilir10-02-2014, 09:26 |
DİA.AZ: - Hakimiyyətin yaxın günlərdə bir sıra rayonlarda rəhbər dəyişikliyinə gedəcəyilə bağlı xəbərlər neçə müddətdir ki, ictimai dövriyyəyə buraxılıb. Xatırladaq ki, hələ keçən ilin sonlarından qeyd olunurdu ki, onlarla icra başçısından imtina ediləcək, onların yerinə isə nisbətən gənc kadrların görəvə gətirilməsi planlaşdırılır. DİA.AZ-a bu barədə danışan bilgili qaynağın söylədiklərindən belə aydın olur ki, gözlənilən dəyişikliklərin start düyməsi yaxınlarda basıla bilər. Məlumatı verən mənbə bildirir ki, əslində bütün bunlar hakimiyyətin yeni siyasi dəst-xəttinin tərkib hissəsi kimi qəbul edilməlidir: «Məlumdur ki, hakimiyyət icra hakimiyyətlərində gənclərin və qadınların vəzifəyə gətirilməsilə bağlı daxili qərar verib. Maraqlıdır ki, əksər rayonların icra başçıları bu daxili qərara öz aləmlərinə uyğun tərzdə reaksiya veriblər. Yəni onlara bir müavinin qadın, bir müavinin isə gənc olması tapşırığı verilsə də, onlar hər iki statistik göstəricini özündə ehtiva edən gənc xanımlara başçının müavini postunu verməklə tapşırığa əməl ediblər». Mənbəmizin bildirdiyinə görə, artıq vəzifələrindən alınacaq icra başçılarının kimliklərim təxminən bəllidir: «Paytaxt rayonları arasında ilk olaraq Hacıbala Abutalıbovun özü də başda olmaqla Xətai, Sabunçu, Suraxanı, Nəsimi və Yasamal rayonlarının rəhbərliklərində dəyişiklik olacaq. Əyalət rayonlarından isə Xaçmaz, Sabirabad, Ağsu, Neftçala, Ağdam, Qazax, Şəmkir, Lerik və daha 3 rayonun icra başçısının vəzifəsindən alınması planlaşdırılır». Məlumatı verən mənbə onu da əlavə etdi ki, konkret olaraq nə zaman dəyişikliklərə gediləcəyi dəqiq bəlli olmasa da, Novruz bayramını adları çəkilən rayonlar yeni icra başçıları ilə qeyd edəcəklər. Geri qayıt |