Əsas Səhifə > Siyasət, Manşet > PKK-ya dəstək verənlər Azərbaycanda nurçuları da himayə altında saxlayır

PKK-ya dəstək verənlər Azərbaycanda nurçuları da himayə altında saxlayır


8-02-2014, 13:10
PKK-ya dəstək verənlər Azərbaycanda nurçuları da himayə altında saxlayır
DİA.AZ: - Son zamanalar Azərbaycanda vəhabi, nurçu mövzusu yenidən gündəmə gəlib. Belə ki, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadənin də Suriyada Azərbaycan vətəndaşı olan vəhabilərin kütləvi şəkildə qırğına verilməsi faktına kəskin reaksiya verməsi Azərbaycanda sözügedən dini cərəyanların bir porblem kimi yenidən ictimai diqqətdə qabarmasına nədən oldu.

Bildirək ki, hazırda vəhabilərlə nurçular Şeyxdən gələn hücumların qarşısında sanki bir cəbhəyə çevrilərək Qafqaz müsəlmanları İdarəsinin rəhbərini eyni səngərdən vurmaqdadırlar. Onlar hətta özlərinə “Şeyx-Leaks” adını da verərək müxtəlif səpgili kompromat xarakterli məlumatları yerli mediada gündəmə gətirməyə çalışırlar.

Onu da bildirək ki, əslində Azərbaycanda illər uzunu möhkəmlənməyə müvəffəq olmuş nurçuların ideyalarının qayəsində çox təhlükəli nüanslar yer almaqdadır. Zamanında məşhur kürd millətçi-ideoloqu Səid Nursi (Kürdi) tərəfindən yaradılan bu dini cərəyanın hazırki nümayəndələri Səid Kürdininn keçən əsrin əvvəllərində yazdığı “Kürd millətçiliyi” kitabını unudaraq, unutduraraq onun “Bədüizzaman Nursi” deyərək “Nur risalələri”nə istinad edirlər. Bu risalələrin müəllifi isə əslində gələcəkdə qurulması planlaşıdırlan Kürdüstanınm dövlət dini kimi gördüyü Nurçuluğa fərqli bir mahiyyətdən yanaşsa da, bu gün onun ideyasının davamçıları arasında Türklər böyük üstünlük təşkil edir. Acınacaqlı olanı da odur ki, bu gün Azərbaycan türkləri də PKK-nın dini qolu kimi anlaşılan nurçuluğun tələsinə salınıblar. Və bu gün Azərbaycanda nurmular bir növ həm də PKK-nın dayaq mərkəzi rolunu da oynamaqdadırlar.

PKK-ya dəstək verənlər Azərbaycanda nurçuları da himayə altında saxlayır

DİA.AZ-ın apardığı araşdırmalardan da aydın olur ki, Bu gün Bakıda nurçulara aid bütün dərsxanalar kürd əsilli Türkiyə vətəndaşlarının nəzarəti altındadır. Onların ən böyük ticarət nöqtələri də faktiki olaraq kürdlər tərəfindən çalışdırılır ki, onlar da PKK simpatizanı olduqlarını heç də gizlətmirlər. əgər bunun təsdiqni arzulayan olarsa, o zaman Bakıdakı istənilən bir nurçu lokantasına girməklə sübutları görə bilər.

Məlumatlı mənbələrdən DİA.AZ-a daxil olan informasiyada o da qeyd olunur ki, bu gün faktiki olaraq Azərbaycanda PKK ilə ortaq hərəkət edən nurçular məhz qeyd olunan nədənlərə görə, əlavə toxunulmazlıqlar da əldə ediblər: “Təsəvvür edin, Allahşükür Paşazadə kimi iqtidar cinahında böyük nüfuz sahibi olan bir fiqur nurçu təbliğatının qarşısında aciq qalıb. Bunun tək səbəbi həm nurçu cameənin müstəqil qaudada ələ keçirdiyi Azərbaycan məmuriyyətindən təşkil olunan müdafiə çətiridirsə, digər səbəbi də məhz PKK yandaşı olan hakimiyyətiçi kürd qruplaşmasıdır”.

Geri qayıt