Əsas Səhifə > Siyasət, Manşet > Həmkarlar İttifaqından daha bir narazılıq – Bu dəfə təhsil işçiləri üsyan püskürür

Həmkarlar İttifaqından daha bir narazılıq – Bu dəfə təhsil işçiləri üsyan püskürür


7-02-2014, 10:00
Həmkarlar İttifaqından daha bir narazılıq – Bu dəfə təhsil işçiləri üsyan püskürür
DİA.AZ: - Qarabağ qazisi Zaur Həsənovun özünü yandırması cəmiyyətdə həmkarlar təşkilatları ilə bağlı müzakirələrin yaranmağına səbəb oldu. Artıq əyalətlərdə də bu təşkilata üzv olmağın xeyirdən çox zərər gətirməyi barədə düşünənlər var. DİA.AZ bildirir ki, Lənkəranda yaşayan bir qrup təhsil işçisi Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının rayon təşkilatı barədə narazılıqlarını infom.az-la bölüşüblər.

Lənkəranlı təhsil işçiləri haqlı olaraq bildirirlər ki, Azərbaycan bəlkə də tək-tək ölkələrdəndir ki, burada həmkarlar təşkilatları işçi hüquqlarını deyil, işəgötürənlərin mənafeyini qoruyur. Üstəlik yardıma, sosial müdafiəyə ehtiyacı olanlara kömək göstərməli olan bu təşkilat , faktiki olaraq üzvlərinin yardımı ilə yaşayır. Burada “təşkilat” dedikdə onun rəhbəri nəzərdə tutulur. Həmin şəxs bu yardımdan hətta “yuxarı”lara da “yardım” etdiyini deyir.

Müraciət müəllifləri ortaya konkret faktlar qoyublar. Onların deməsinə görə, Lənkəranda təhsil işçiləri üçün əmək haqqı olaraq ayda 1 milyon 200 min manat ödənilir. Bu məbləğin 2 faizi, yəni 24 min manatı “duru yerdən” həmkarlar təşkilatının hesabına köçür.

Üzvlük haqları hesabına yığılan həmin vəsaitin 51 faizi baş idarəyə gedir, 49 faizi isə yerli təşkilatın ixtiyarında qalır. Hesablama ilə yerli təşkilat ayda 11,76 min manat gəlir əldə edir ki, bu da ildə 141 min manat təşkil edir (inanmayan hesablasın).

Nizamnaməyə görə bu vəsain təqribən 35-40 faizi ehtiyacı olan təhsil işçilərinə yardım formasında verilməlidir. Qalan vəsait təddbirlərin, bayramların təşklinə və inzibati xərclərə sərf olunur.

Lənkəranlı təhsil işiləri hələ bir kasıb, xəstə müəllimə yardım edildiyini, müalicəyə göndərildiyini eşitmədiklərini deyirlər. Onların sözlərinə görə, təşkilat rəhbəri Qürbətəli Zeynalovun işi bu vəsaiti silmək üçün saxta sənədlər tərtib etməkdən ibarətdir. 4 ildən artıq müddətdir ki, o, təşkilatı bu qaydada idarə edir. Baxmayaraq ki, müəllimlərin əmək haqqının bir hissəsi üzvlük haqqı formasında təşkilatın hesabına, ardınca isə bankdan xərclər adı ilə nağd pul şəklində Q. Zeynalovun cibinə axır, adamın pedaqoji işçiləri görməyə gözü yoxdur. Mürüaciətlərdən yayınmaq üçün sədr, təhsil şöbəsinin inzibati binasında yerləşən otağının qapısı üzərində adı yazılmış lövhəni belə götürdüb ki, kimsə onu narahat etməsin.

Lənkəran təhsil işçiləri iddia edir ki, onu sədr vəzifəsinə təşkilatın üzvləri seçməyib, yaxın dostu, əvvələr təhsil şöbəsinin müdiri və icra başçısının müavini vəzifələrində işləmiş, hazırda Lənkaran Miqrasya Xidmtinin rəisi postunu tutan Səmədağa Abdullayev təyin etdirib. Adam ondan kömək, yardım istəyənlərə “mən pulları İcra Hakimiyyətinə, cənab başçıya verirəm ki, o, rayonun abadlığına sərf etsin, yaxud kimə məsləhət bilirsə yardım etsin” deyir. Bu sözlərin doğruluğunu nə təsdiq, nə də inkar edirik. Reallıq isə ondan ibarətdir ki, yardım öz ünvanına çatmır.

Geri qayıt