Əsas Səhifə > Siyasət, Manşet > Şamaxının icra başçısının bir illik hesabatı səs-küy yaradıb

Şamaxının icra başçısının bir illik hesabatı səs-küy yaradıb


6-02-2014, 12:09
Şamaxının icra başçısının bir illik hesabatı səs-küy yaradıb
DİA.AZ: - Vəzifə başında heç bir ili tamam olmayan Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevin son bir illik fəaliyətlə bağlı verdiyi hesabat qalmaqala nədən olub. Bu barədə DİA.AZ-a sözügedən rayonun İH-dəki məlumatlı mənbələr xəbər ötürüb.

Qaynaq iddia edir ki, əslində heç nəyin hesabatını verən Asif Ağayev özü də hesabatın hazırlanması zamanı çətinlik çəkib. Mənbənin söylədikləri: «Çünki Asif Ağayev gələndən sonra rayonda daş üstünə daş qoyulmayıb. Rayon icra hakimiyyəti adından hesabatın verilməsini əks etdirən xəbərin qısalığı da hiss elətdirir ki, icra başçısı əməlli-başlı çətinlik çəkib.

Nəyi salsınlar hesabata? Heç olmasa, digər icra başçıları, xüsusən də paytaxt rayonlarının icra başçıları ümumrespublika əhəmiyyətli tikililəri, yenilikləri öz adlarına çıxma şansına malikdirlər. Asif Ağayev nə etsin? Hesabatında göstərsin ki, Şamaxıda hansı məmur öz villasının inşa işlərini tamamlayıb? Yoxsa RİH-in hesabatında məmurların fermalarındakı yenilikləri əks elətdirsin».

Mənbənin sözlərinə görə, icra hakimiyyəti adından Şamaxıdan Bakıya ünvanlanan hesabatın mətni «yuxarıları» da qane etmədiyindən Asif Ağayevə xəbərdarlıq edilib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt