Əsas Səhifə > Siyasət, Manşet > Moskvada Azərbaycan hakimiyyətinə qarşı şok toplantı
Moskvada Azərbaycan hakimiyyətinə qarşı şok toplantı4-02-2014, 10:58 |
DİA.AZ: - Rusiyada yaşayan azərbaycanlılar redaksiyamıza maraqlı bir məlumat ötürüblər. Çoxdandır xəbəri gəlməyən Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri, Azərbaycan baş nazirinin sabiq müavini, AST Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov bu günlərdə Moskvadakı restoranların birində ilginc bir məclis təşkil edib. Xatırladaq ki, Abbas Abbasov son prezident seçkiləri ərəfəsində rəsmi Bakıya qarşı Kremlin bəlli planında yer aldı və bununla da Azərbaycan hakimiyyəti ilə münasibətlərini demək olar ki, korlamış oldu. Lakin sonradan rəsmi Moskva ilə Azərbaycan iqtidarı arasında əlaqələr bərpa olunsa da, Abbas Abbasova qarşı münasibətdə hansısa dəyişiklik baş vermədi. Və aydın olanı da o oldu ki, Abbas Abbasov dəfələrlə hakimiyyətlə arasındakı körpüləri bərpa etməyə cəhd göstərib, amma buna nail ola bilməyib. DİA.AZ-a daxil olan son məlumatlarda isə qeyd olunur ki, artıq rəsmi Bakı ilə yollarını tamamən ayrıldığına əmin olan Abbas Abbasov Kremlin növbəti layihəsi barədə yaxınlarına məlumat verib: «Abbas Abbasov Moskvadakı restoranların birində məclis təşkil edib. Həmin məclisdə Rusiyada yaşayan tanınmış azərbaycanlıların böyük əksəriyyəti iştirak edib. Hətta məclisdə olanlardan biri Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da məclisdə göründüyünü iddia edib. Amma bu, məlumat tam dəqiqləşməyib». Mənbənin sözlərinə görə, Abbas Abbasovun toplantısında Azərbaycandakı ssiyasi durum müzakirə olunub. Və hətta qərar da verilib: «Qərara alınıb ki, Azərbaycanın tanınmış ziyalılarından ibarət yeni partiya təsis edilsin. Və bu iş üçün tanınmış iş adamları da səfərbər edilsin». Hələlik yeni partiyanın hansı adla və kimlərin iştirakı ilə yaradılacağı haqda dəqiq bilgilər verməyən mənbəmiz yalnız bunları bildirib ki, Abbas Abbasov bütün addımlarını Kremlin diqtəsi ilə atdığından bu yeni partiyanın sifarişi də məhz Rusiya hakimiyyətindən gəlib. Xatırladaq ki, son prezident seçkiləri ərəfəsində ilk dəfə olaraq Kreml Azərbaycanın yerli müxalifəti ilə ortaq layihədə göründü və rəsmi Bakıya təzyiqlər etdi. Sonradan Milli Şura ideyasından məhz rusların imtina etməsi səbəbindən Azərbaycan müxalifəti seçkilərə Rusiyanın da dəstək verdiyi Rüstəm İbrahimbəyovun yox, Azərbaycan Xalq Hərəkatının şinelindən çıxmış Cəmil Həsənlinin namizədliyi ilə qatılası oldu. Yəni bir növ rusların yarımçıq layihələrini Azərbaycan müxalifləri bu formada davam etdirdilər. İndi isə aydın olur ki, Rusiya yenidən Azərbaycan siyasətində görünməyə çalışır və yeni lövbərini atmağı planlayır. Geri qayıt |