Əsas Səhifə > Siyasət, Manşet > İlham Əliyev Ermənistana müharibə elan etməyə hazırlaşır

İlham Əliyev Ermənistana müharibə elan etməyə hazırlaşır


29-01-2014, 09:13
İlham Əliyev Ermənistana müharibə elan etməyə hazırlaşır
DİA.AZ: - Məlum olduğu kimi, yanvarın 28-də Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyduğu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar baş nazir Artur Rasi-zadənin rəhbərliyi altında Müdafiə Nazirliyində müşavirə keçirilib.

Toplantıda Silahlı Qüvvələrin döyüşə hazırlığı və hərbi qulluqçuların döyüş əzmi yüksək qiymətləndirilib. Müşavirədə müzakirə edilən məslələrin detalları barədə məlumat verilməsə də qeyri-rəsmi mənbə bildirir ki, cəbhə bölgəsində vəziyyət olduqca gərgindir. Belə ki, işğalçı Ermənistan Soçidə keçiriləcək olimpiya oyunları ərəfəsində Azərbaycanı bilərəkdən aktiv müharibəyə çəkmək, bununla da Azərbaycanla Rusiyanın münasibətlərini gərginləşdirmək niyyətindədir.

Azərbaycan hökumətinin də bu hiylədən xəbərdar olduğu deyilir. Məhz buna görə də, düşmənin gün ərzində müxtəlif cəbhələrdə atəşkəs rejimini 200 dəfədən çox pozmasına səbirlə davranılır. Amma buna baxmayaraq, ordunun ən yüksək hazırlıq dərəcəsinə gətirilməsi barədə tapşırıq verilib. Bütün zirehli texnikaların tez bir zamanda texniki baxışdan keçirilməsinə, təyyarələrin və helikopterlərin uçuş qabiliyətinin yoxlanmasına başlanılıb. Müdafiə naziri Zakir Həsənovun bu vəzifəyə təyin olunduqdan sonra ordu birləşmələrini gəzib, döyüş hazırlığını yoxlamasına baxmayaraq, bu işin geniş masştablı həyata keçirilməsi qərarlaşdırılıb.

Zakir Həsənov toplantıda bildirib ki, orduda ruh yüksəkliyi var və Ali Baş komandanın düyməyə basdığı an sürətli müharibə ilə torpaqlarını azad etməyə qabildir. Toplantının gedişi və qəbul edilən qərar barədə artıq prezident də məlumatlandırılıb.

Nə baş verir: Azərbaycan müharibəyəmi hazırlaşır, yoxsa… Təbii ki, burada ikinci istənilən bir versiyanı istisna etmək və bir kənara tullamaq gərəkir. Yəni əgər dünənə qədər bəzi dairələr İlham Əliyevin dövründə hər hansı bu kimi hadisələri cılız siyasi maraqlar açısından qiymətləndirirdisə və iddia olunurdusa ki, İlham Əliyev bu yolla cəmiyyətə işləyir, artıq belə fikirlərin heç bir dayanıqlığı mövcud deyil.

Yəni o zaman sual oluna bilər ki, prezident İlham Əliyevin və onun komandasının belə bir təbliğata nə ehtiyacı var? Yəni BLEF ittihamları yersiz və əsassızdır.

O zaman nə baş verir? Bununla bağlı DİA.AZ hələ keçən günlərdə ilginc faktları açıqladı. Aydın olurdu ki, Azərbaycan özünün savaş haqqını bərpa ediə bilməsi üçün bu gün bütün mümkün imkanlardan istifadə etməkdədir. Bu barədə redaksiyaıza danışan hökumət içindəki mötəbər mənbə də bunları təsdiqləyir və bildirir ki, rəsmi Bakı hazırda bütün diplomatik potensialını Qarabağın azadlığına yönəldib:

«Nə zaman o zaman deyil, nə Azərbaycan o Azərbaycan deyil. Artıq diplomatik müstəvidə kifayət qədər ciddi işlər görülüb. Bu gün Azərbaycandan neft, qaz istəyən beynəlxalq təşkilatlar da yaxşı anlayırlar ki, təkcə Azərbaycanda yox, ümumiyyətlə, regionda sülhün təminatçısı Qarabağ probleminin həllindən keçir. Bu cür anlamsız status-kvolar isə təkcə Ermənistanın işinə yarayır».

Mənbəmiz bildirir ki, artıq bütün beynəlxalq təşkilatlar, həmçinin Azərbaycandan gözləntisi olan tərəflər fərqindədirlər ki, Qarabağ problemi həll olunmalıdır: «Və bu səbəbdən Azərbaycana nəhayətdə şans verilə bilər. Bunun astanasındayıq. Və İlham Əliyev son günlər bütün arsenalı məhz savaş haqqının əldə edilməsinə yönəldib. Kreml burada yeganə maneçilik törədə biləcək tərəfdir. Və Azərbaycanın bu inadı necə ram edəcəyi, bundan sonra müharibənin başlayıb-başlamayacağını müəyyən edəcək. Və çox böyük ehtimal İlham Əliyev bir ali baş komandan olaraq Qarabağı işğal etmiş Ermənistana rəsmən müharibə elan edilməsi barədə müvafiq addımı atacaq».

Hələlik, qapımızda barıt qoxusunun aydın şəkildə duyulduğu bir ərəfədə məlumatlı mənbə onu da əlavə etdi ki, istənilən halda bu il Qarabağ probleminin həlli yolunda çox ciddi addımlar atılacaq…

Geri qayıt