Əsas Səhifə > Siyasət, Manşet > Kərəm Həsənov özünü və qardaşının biznesini təhlükə altında qoyub

Kərəm Həsənov özünü və qardaşının biznesini təhlükə altında qoyub


27-01-2014, 12:52
Kərəm Həsənov özünü və qardaşının biznesini təhlükə altında qoyub
DİA.AZ: - Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla bağlı ilginc məlumatlar yayılıb. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbə iddia edir ki, komitə sədri uzun müddətdir ədavətdə olduğu Dövlət Torpaq və Xəritəçəkiə Komitəsinin sədri Qərib Məmmədovla münasibətlərini qaydasına salmaq zorundadır.

Xatırladaq ki, zaman-zaman bir-birilərinin əleyhinə kampaniya aparan bu iki dövlət qurumunun rəhbərinin münasibətləri o qədər gərgin idi ki, hətta dövlət adına keçirilən məclislərdə belə üz-üzə gəlmək istəmirdilər.

Yayılan son məlumatlara görə isə, Qərib Məmmədov son zamanlar mətbuatda barəsində yazılan yazıların arxasında konkret olaraq Kərəm Həsənova yaxın dairələrin maraqlı tərəf kimi dayanmalarını sübutlaan dəlilləri «yuxarılara» ötürdükdən sonra ƏMDK sədrinin deməyə sözü qalmayıb:

«Kərəm Həsənov nəinki Qərib Məmmədovdan üzr istəmək zorunda qalıb, hətta onun və yaxınlarının siyasi aqibəti də sual altına düşüb».

Qeyd edək ki, Kərəm Həsənovun özü ilə yanaşı deputat qardaşı da kifayət qədər populyar isimdir. Yəni son olaylar təkcə komitə sədrini yox, qardaşını da zərbə altında qoyub.

Mövzu ilə bağlı əlavə bilgilərimiz var. Yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləyin…

Geri qayıt