Əsas Səhifə > Siyasət, Manşet > Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı

Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı


24-01-2014, 09:43
Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı
DİA.AZ: - Fars-molla rejimi Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir və bu dəfə də Bakıda həbsdə saxlanılan İranın xüsusi xidmət orqanlarının əməkdaşı Bəhrəm Feyzi məsələsini qabardan İran mətbuatı Azərbaycan dövlətini az qala yəhudilərlə işbirliyində ittiham edir. Hər halda, bu ittihamlarını əsaslandıra bilməyən və ələ düşən fürsətdən Azərbaycan türkünü, Azərbaycan dövlətini aşağılamağa çalışan molla mətbuatı düşünməməli idi ki, Bakıda terrora tədarük görən bir casuslarına burada böyük ehtiram göstəriləcəkdi. Yəni cinayət varsa, cəzası da olacaq…

DİA.AZ bildirir ki, dəfələrlə bu məsələ ilə əlaqədar rəsmi Bakı mövqeyini səsləndirsə də, hələ də İran tərəfi Bəhrəm Feyzinin günahsız olduğunu sübutlamaq əvəzinə, onun azadlığa buraxılması üçün Bakıya qarşı şər-böhtan kampaniyası apararaq təzyiq etməyə çalışır. Təbii ki, bu, alınmayacaq. DİA.AZ olaraq İran mediasında yer alan növbəti hədyanı diqqətinizə təqdim edirik:

«Bəhram Feyzinin həyat yoldaşı Aysel Feyzi, Azərbaycan müstəntiqlərinin sionist rejimnə xoş gələn etirafı almaq üçün Bəhram Feyziyə qarşı qeyri-əxlaqi istintaq üsulundan və işgəncələrdən istifadə etdiklərini bildirib.

Özü Azərbaycan vətəndaşı və iki uşaq anası olan Aysel, həyat yoldaşının günahsız olduğuna təkid edərək deyib: "Məni iki dəfə Milli Təhlükəsizlik Nazirliyinə apardılar. Bəhram günahsızdır. O, müstəntiqlərin təhdidləri nəticəsində onların dediklərini qəbul etməyə məcbur olub".

O artırıb: "Həyat yoldaşım öz günahsızlığını sübut etmək üçün 26 gün aclıq aksiyası keçirib. Bir dəfə isə ona edilən işgəncələrə dözməyərək öz damarını doğramaq məcburiyyətində qalıb və hal-hazırda onun vəziyyəti ağırdır".

Aysel Feyzi həmçinin qeyd edib ki, Azərbaycanın təhlükəsizlik orqanları onu da hədələyirmişlər və buna görə də o, ölkəni tərk etməyə məcbur olub. Bu üzdən o, ölkəmizin Xarici İşlər Nazirliyindən istəyib ki, günahsız həyat yoldaşının azadlığa çıxması üçün öz səylərinə davam etsinlər.

Fars mətbuatı yenə də Azərbaycan dövlətini hədəfə aldı

Təqribən 10 ay öncə Bakıda İsrail səfirliyinə hücum ittihamı ilə həbs edilən İran vətəndaşı Bəhram Feyzi gözdən pərdə asan və İran səfirliyinin nümayəndələri iştirak etmədiyi bir məhkəmədə 15 il həbs cəzasına məhkum olundu.

Azərbaycan XİN-nə dəfələrlə məktubla müraciət edilməsinə baxmayaraq, Bakı dövləti beynəlxalq qayda-qanunları pozaraq səfirlik nümayəndələrinin günahsız İran vətəndaşı ilə görüşməsinə şərait yaratmamışdır.

2 ay öncə Azərbaycan Milli Məclisinin deputatı Çingiz Qənizadə İranın Bakıdakı səfirliyinin nümayəndələrinə həbsdə olan Bəhram Feyzi ilə görüşə bir problem olmadığını, hətta İran səfiri ilə birlikdə Bəhram Feyzi ilə görüşə gedəcəyini iddia etdi.

İranın Azərbaycandakı səfiri bu birgə görüşü qəbul etdi, lakin Milli Məclisin deputatı hələ də öz sözünə əməl edə bilməyib və jurnalistlərin bu barədə suallarını cavablandırmaqdan yayınır.

Bir müddət qabaq İran səfirliyinin konsulluq məsulu Movlayi, Bəhram Feyzidən aldığı məktubun məzmununa işarə edərək bildirdi: B. Feyzi məhkəmənin siyasi olduğuna etiraz edir və aclıq aksiyası keçirir. Onun durumu yaxşı deyil və səfirliyin həkimi tərəfindən müayinəyə ehtiyacı vardır.

4 ay bundan qabaq da İran vətəndaşı olan Hüseyn Fərəci sionist rejimin qarşısından keçməsi və şübhəli hərəkətləri bəhanəsi ilə həbs edildi. O da bir ay həbsdə işgəncələrə məruz qaldı. Fərəci azadlığa buraxıldıqdan sonra bildirdi ki, o sionist rejimin səfirliyi qarşısından keçməyib və Bakının bu barədə iddiaları məhz yalan olub.

Azərbaycan Respublikası sionist rejimi qarşısında İranla düşmənçilik barədə götürdüyü öhdəliklərə əsasən, bəzi vaxtlar günahsız İran vətəndaşlarını, ya da öz vətəndaşlarını əsassız ittihamlarla həbs edir və onlara işgəncə verməklə onlardan sionist rejimin xeyrinə etiraf almağa çalışır».

Təbii ki, belə bir ittihamın səsləndirilməsi absurddur. Xatırladaq ki, bu barədə keçən günlərdə təqdim etdiyimiz materialda da bildirmişdik. Və qeyd etmişdik ki, əgər Feyzi günahsız olsaydı, o zaman məhkəmə istintaqı zamanı bu barədə bir kəlmə də olsun, deyilərdi. Ən azından ona görə ki, onun özü hətta məhkəmə istintaqı zamanı belə ciddi etiraflarda bulunub və əgər ona hər hansı təzyiqlər edilmiş olsaydı, o zaman məhkəmə istintaqı dövründə bu barədə danışardı.

Bildirək ki, “Sepah” və “Hizbullah”dan sifariş alan İran vətəndaşı Bəhrəm Feyzinin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində istintaq hərəkətləri həyata keçirilib. B.Feyzi ifadəsində bildirib ki, 2003-cü ildə İranın Miyanə İqtisad Universitetini mühasibatlıq ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra 2006-cı ilədək İranın Culfa şəhərində ticarətlə məşğul olub. 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamağa başlayıb, sonra Keşlə bazarında bir ka-fe icarəyə götürüb. 2007-ci ildə Astara rayon sakini Aysel Hüseynova ilə ailə həyatı qurub və 2009- cu ildə onlar rəsmi nikah bağlayıblar.

B.Feyzi qeyd edib ki, 2010-cu ildə atası Həsən vəfat etdiyi üçün İranın Culfa şəhərinə gedib: "İrana keçən kimi məni sərhəddə İran xüsusi xidmət orqanı olan “ETTELAAT” əməkdaşları saxladı. Onlar Azərbaycan ərazisində çox yaşadığım üçün mənimlə maraqlandılar. Amma “Sepah”da işləyən və pol-kovnik rütbəsində olan dayım Mirmehdi Haşimi atamın yasına gəldiyimi deyərək buraxılmağımı xahiş etdi. “ETTELAAT”dan qorxduğum üçün üç gündən sonra İranı tərk etdim”.

B.Feyzi ifadəsində bildirib ki, 2003-cü ildə İranın Miyanə İqtisad Universitetini mühasibatlıq ixtisası üzrə bitirib. Universiteti bitirdikdən sonra 2006-cı ilədək İranın Culfa şəhərində ticarətlə məşğul olub. 2006-cı ildən Bakı şəhəri, Keşlə qəsəbəsində yaşamağa başlayıb, sonra Keşlə bazarında bir ka-fe icarəyə götürüb. 2007- ci ildə Astara rayon sakini Aysel Hüseynova ilə ailə həyatı qurub və 2009- cu ildə onlar rəsmi nikah bağlayıblar.

Təqsirləndirilən şəxs qeyd edib ki, 2010-cu ildə atası Həsən vəfat etdiyi üçün İranın Culfa şəhərinə gedib: “İrana keçən kimi məni sərhəddə İran xüsusi xidmət orqanı olan “ETTELAAT” əməkdaşları saxladı. Onlar Azərbaycan ərazisində çox yaşadığım üçün mənimlə maraqlandılar. Amma “Sepah”-da işləyən və polkovnik rütbəsində olan dayım Mirmehdi Haşimi atamın yasına gəldiyimi deyərək buraxılmağımı xahiş etdi. “ETTELAAT”dan qorxduğum üçün üç gündən sonra İranı tərk etdim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2012-ci il oktyabrın 5-də yenidən İrana gedib. Orada “ETTELAAT”a Məşədi və Hacı ilə görüşmək istədiyini bildirib: “Təxminən bir saat sonra Hacı ilə Məşədi gəldi. Məşədi Yusifə gördüyüm işlər barədə danışdım. Dindarlar arasında İsrail əleyhinə təbliğat apardığımı, yəhudilərin Azərbaycandan qovulmalarının zəruriliyini dedim. Eyni zamanda İsrail səfirliyini müşahidə etdiyimi, səfirlik qarşısında heç bir güclü mühafizə və başqa şəxslər görmədiyimi bildirdim. Səfirliyə gedən yolları izah etdim. Məşədi Yusif İsrail səfirliyinin harada yerləşdiyini yaxşı bildiyini dedi. O, İsrail səfirliyinə terror planının vaxtı dəqiqləşən kimi mənə xəbər verəcəyini bildirdi”.

Bəhram Feyzi Cinayət Məcəlləsinin 276-cı (casusluq), 214-cü (terrorçuluq), 206-cı (qaçaqmalçılıq) və 234-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasi-tələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilib.

Bildirək ki, İranın Xüsusi Xidmət orqanının (ETTELAAT) əməkdaşı olan Bəhram Feyzi İsrailin Azərbaycandakı səfirliyini partlatmağa hazırlaşırmış. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları B.Feyzini 2013-cü il martın 29-da həbs ediblər.

Geri qayıt