Əsas Səhifə > Siyasət, Manşet > Azərbaycandakı vəhabiləri Səudiyyə Ərəbistanı Suriya üçün səfərbər edir
Azərbaycandakı vəhabiləri Səudiyyə Ərəbistanı Suriya üçün səfərbər edir23-01-2014, 09:16 |
DİA.AZ: - Artıq bu gün Suriyadan ölkəmizə vətəndaşlarımıxzın ölüm xəbərinin gəlməsinə sanki vərdiş etmiş kimiyik - desək, yanılmarıq. Hər halda, görünəni budur. Bəzən səbəbsiz yerə göz çıxaran İCTİMAİ FƏALLIĞIMIZ nədənsə bu mövzuda ölü sükutu ilə əvəzlənib. Yəni belə bir təəssürat yaranır ki, elə belə də olmalıdır… Azərbaycanın Qarabağda ölməli olan, Qarabağ naminə öldürməli olan oğulları Suriyada absurd ideyalara qurban getməlidir. Yox, burada Suriya yolunu tutan gənclərimizi də qınamaq doğru deyil. Onlar insan övladıdır və düşdükləri yola uyğun davranacaqlar. Və əgər bu gün dövlətimiz inanmaq istəyən, Allaha ibadət yolunu seçən gənclərimizə uğurlu bir yol göstərə bilmirsə, daha şirnikləndirici və cəlbeidici təkliflər edənlərin var olduğu yerdə hansısa vətəndaşın günahkar kimi nişan verilməsi doğru deyil. Vətəndaş burada materialdır və ondan kim nə düzəldəcəksə, elə də yaşayacaq. Elə buna görə də bu gün bizlər Suriyada döyüşən, döyüşərək ölən gənclərimizi düşmən kimi qəbul etməli deyilik. Onlar dünənə qədər bizdən biri idilər. Buna görə təəssüf etməliyik. Acı təəssüf. Yalnız bu qədər… Ona görə ki, gənclərimiz enerjilərini Qarabağ uğrunda xərcləmirlər, canlarını Qarabağ naminə qurban vermirlər. Çünki onları bizdən qabağa düşərək oğurlayıblar. Əgər dövlət öz vətəndaşlarını irəli düşərək yaxşı mənada oğurlaya bilmirsə, kənar qüvvələrin pis mənada oğurlamasına görə, oğurlananları qınamaq doğru deyil. Və bu gün acı statistikanın yaratdığı bir mənzərə də ürəklərimizi ağrıtmaqdadır. Deyilənə görə, hazırda Suriyada 1000-ə yaxın Azərbaycan oğlu döyüşür. Nəyin və kimin uğrunda? DİA.AZ olaraq Suriyaya gənclərimizin hansı yollarla aparılması yönündə dəfələrlə araşdırma aparmışıq və əlimizə yeni faktlar da keçib ki, həmin bilgiləri diqqətinizə çatdırmaq qərarına gəldik. Keçənlərdə də məlumat vermişdik ki, Suriyada döyüşən gənclərimiz Əfqanıstan-Pakistan yolunu mütləq keçirlər. Bu barədə Rusiya KİV-lərinin yazdığı informasiyaya görə, Azərbaycandan və digər başqa ölkələrdən vəhabilərin Suriyada döyüşmələri səfərbər edilməsi işinə birbaşa olaraq Səudiyyə Ərəbistanının xüsusi xidmət orqanları və dövlət rəhbərliyi nəzarət edir. Bu barədə verilən bilgilərdə şok faktlar da açıqlanır və aydın olur ki, təkcə Azərbaycandan 5 min nəfərin səfərbər olunması öhdəliyi var və bu məqsədlə Azərbaycandakı vəhabi mərkəzlərinə külli miqdarda, ağlasığmaz həcmdə pul vəsaiti də ayrılıb. İndi isə bu faktlardan müəyyən etmək olar ki, nədən vəhabilər özlərinə «müqəddəs şəhər» elan etdikləri Sumqayıtda məhz Suriyada döyüşüb-döyüşməmək mövzusunu müzakirə edərkən bir-birilərinə silah çəkməli olublar. Yəni ortada pul davası var və Səudiyyə Ərəbistanından gələn təlimat, qoyulan öhdəlik. Adamlar «ALLAH YOLU» adı altında varlanırlar və bunun da qarşılığında neçə-neçə ailələrimiz oğullarını itirirlər. İradələri zəif olan gənclərimiz bu gün vəhabilərin təsir dairəsi altında zombiləşirlər. Bir-birilərini «əxi» adlandıranların bu məmləkətə dəxli olmadığının heç fərqinə varmadan Suriyada canlarını fəda etmə yolunu asanlıqla seçirlər. Amma bir həqiqəti - HƏLƏ İLLƏR UZUNU HƏR BİR AZƏRBAYCAN VƏTƏNDAŞI ÜÇÜN QALACAQ BİR HƏQİQƏTİ UNUDURLAR Kİ, bizim Kərbəlamız da, Suriyamız da, Əfqanıstanımız da, İraqımız da qapımızın ağzındadır: QARABAĞ!!! Şəhidlik sevdalılısansa, şəhidliyi arzu edirsənsə, o zaman evindən bayıra çıxmadan bu nəsibi yaşaya bilərsən. Geri qayıt |