Əsas Səhifə > Siyasət, Manşet > Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi təriqətlərin girovuna çevrilib

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi təriqətlərin girovuna çevrilib


21-01-2014, 09:43
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi təriqətlərin girovuna çevrilib
DİA.AZ: - Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin bu günlərdə Azərbaycan vəhabiləri arasında qarşıdurmaya və həmçinin vəhabi toruna düşərək Suriyadakı döyüşlərə gənclərimizin cəlb olunması prosesinə verdiyi o qədər də sərt olmayan reaksiyaları əslində bu qurumun fəaliyyətindəki cilddi boşluqlardan xəbər verməkdədir. Əgər belə olmasaydı, Elşad İsgəndərovun rəhbəri olduğu bu təşkilat dini təriqətlərin əlində girova çevrilməzdi. Bu barədə DİA.AZ-a ilginc ittihamların yer aldığı müraciət daxil olub.

Məlumatı verən mənbə iddia edir ki, sözügedən dövlət komitəsində bu gün ayrı-ayrı təriqətlərlə çalışan simalar var: «Bütün bunlar bir şəbəkə rolunu oynayır və dövlət komitəsinin təriqətlərə «çıxışını» təmin edir. Təbii ki, bu çıxışın müqabilində maddi marağın dayandığı şəkksizdir. Məsələn qurumun mətbuat katibi Orxan Əliyev irançı cameə arasında kifayət qədər populyardır. Və hətta vəziyyət elə bir həddə çatıb ki, Orxan Əliyev dövlət komitəsinin irançılarla əlaqələndiricisindən daha çox, irançıların dövlət komitəsindəki adamı kimi çıxış edir. Və bu hal da digər təriqət üzvlərində qəzəbə belə səbəb olur».

Mənbə iddia edir ki, bu günlərdə Xaçmazda özünü sələfi adlandıran vəhabilərin məscid inşa etdirməsi planı məhz Orxan Əliye6vin təşəbbüsü ilə ləğv edilib: «Onun burada dövlətçilik marağından daha çox təriqət marağından çıxış etdiyi ehtimal olunur».

Məlumatı verən qaynaq digər təriqətlərlə əlaqələndiricilərin olduğunu da etiraf edir: «Bu gün dini qurumlarla iş üzrə dövlət komitəsi elə bir hala gətirilib ki, bu komitə dövlətin çətiri altında bir qrupp şəxsin qazanc mənbəyinə çevrilib».

Bütün bu məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt