Əsas Səhifə > Siyasət, Manşet > Nazirliklər total kadr islahatlarına gedir

Nazirliklər total kadr islahatlarına gedir


17-01-2014, 11:24
Nazirliklər total kadr islahatlarına gedir
DİA.AZ: - Son günlər bir sıra dövlət qurumları daxilində tədarük ab-havası hiss olunmaqdadır. Bu barədə Nazirlər Kabinetindəki məlumatlı mənbənin DİA.AZ-a ötürdüyü informasiyadan aydın olur ki, birbaşa olaraq «yuxarılardan» gələn təlimata uyğun olaraq bütün dövlət qurumlarında kadr islahatlarının start düyməsi basılıb.

Xatırladaq ki, artıq bəzi nazirliklər ciddi kadr islahatlarına gediblər və proses davam etdirilir. İndi isə digər nazirliklərin də anoloji dəyişikliklərə hazırlandığı haqda xəbərlər yayılıb.

Redaksiyamıza danışan mənbə iddia edir ki, konkret olaraq kənd təsərrüfatı, ədliyyə, ekologiya və təbii sərvətlər, gənclər və idman, mədəniyyət və turizm, habelə energetika nazirliklərində də dəyişikliklər planlaşdırılır:

«Artıq bir sıra nazirliklərdə köhnə kadrlarla müsahibələr başlayıb. Onların bəzilərinin diqqətinə vəzifələrindən gedəcəkləri çatdırılıb».

Mənbə onu da əlavə edib ki, kadr islahatları ilə yanaşı, əksər dövlət qurumlarında ixtisarların da həyata keçirilməsi planlaşdırılır. Xatırladaq ki, artıq nəqliyat nazirliyində və Dövlət Neft Şirkətində ixtisarların həyata keçirilməsinə başlanılıb.

Bütün bunların isə böyük səs-küyə nədən olacağı proqnozlaşdırılır.

Geri qayıt