Əsas Səhifə > Siyasət, Manşet > Artur Rəsizadə İsrailə nədən gizli səfər edib
Artur Rəsizadə İsrailə nədən gizli səfər edib16-01-2014, 11:35 |
DİA.AZ: - Baş nazir Artur Rəsizadə yenidən Azərbaycanı tərk edib. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə məlumat verib. Xəbəri verən qaynaq iddia edir ki, dünəndən Artur Rəsizadə İsrailə gedib. Baş nazirin hansı səbəbdən İsrailə getməsinə gəlincə isə mənbəmiz səfərin rəsmi xarakter daşımadığını bildirib. Onu da bildirək ki, zaman-zaman Artur Rəsizadə gözündəki problemlərdən dolayı müalicələr qəbul edib. Və ehtimal olunur ki, baş nazirin İsrailə bu səfəri də məhz səhhətindəki problemlərlə əlaqədardır. Bu arada məlumatlı mənbə iddia edir ki, Artur Rəsizadənin İsrail səfəri barədə hökumətin bir çox üzvləri məlumatsızdır. Geri qayıt |