Əsas Səhifə > Siyasət, Manşet > Xətai rayonunda rəsmi özbaşınalıqdır...
Xətai rayonunda rəsmi özbaşınalıqdır...9-12-2022, 12:00 |
Xətai rayonu ərazisində yerində obyektlərin tikilməsi üçün məhv edilən yaşıllıq ağacları, məişət tullantılarının bol olduğu, kol-kos bitirmiş küçələr, 8 noyabr prospektindəki hələ də açıq qalmış kanalizasiya quyuları, abadlaşdırılan küçələrdə sakinlərdən pul yığılması və sair barəsində zaman-zaman "DogruXeber.az" informasiya agentliymizdə məlumatlar yayımlamışıq. Son yazımızda növbəti yayımda Xətai rayonu ərazisində tikilən qanunsuz tikintilərdən bəhs edəcəyimizin anonsunu vermişdik. Öncəliklə onu qeyd edək ki, yaşayanlar, yaxud görənlər bilir ki, Xətai rayonunun çox hissəsində, xüsusilə də Həzi Aslanov qəsəbəsi və Əhmədli kəndi ərazisində tikilən evlərin əksəriyyətinin elə ilk baxışdan qanunsuz yerdə tikildiyi aydın görünür. Belə ki, sözügedən ərazidə yüksək cərəyanlı elektrik xətləri həyətlərin içindən, hətta yaşayış evlərinin düz üstündən keçir. Taksi sifariş edəndə, taksi qalır yollarda fırlana-fırlana. Çünki, xəritədə taksiyə yol olduğu görünən bir çox ərazilərdə həyət evləri - yaşayış var. Əgər həmin ərazilər yaşayış üçün nəzərdə tutulubsa, o zaman niyə xəritədə yol kimi göstərilir? Əgər, yol kimi göstərilibsə, o zaman orada yaşayış evlərinin tikilməsinə niyə, hansı məqsədlərlə icazə verilir? Özü də bu kimi tikintilərin elə də çox yaşı yoxdur. Əksəriyyəti yeni tikililərdir. Hətta, bir neçəsinin də hazırda tikintisi aparılır. İcra Hakimiyyətinin bundan xəbəri yoxdur? Ərazi üzrə Sahə müvəkkilinin də maşallahı var. Bütün gün Həzi Aslanov qəsəbəsinin hər yerində onlarla rastlaşmaq mümkündür. Lakin, nədənsə hər gün daha çox göründükləri, dükan, market və kafelərin çox olduğu Kazımağa Kərimov küçəsində, biraz irəlidə - Şirin Mirzəyev küçəsində pandemiya zamanı maskasız girildiyini hardansa anında görüb, cərimə yazmaq üçün döydükləri salon qapısı ilə üzbəüz aparılan və yolun yarısına qədər çıxmış tikintini, həmçinin Neyrocərrahiyyə xəstəxanasının yanında, yol kənarında az qala dayanacağa bitişik aparılan çoxmərtəbəli biznes obyektinin tikintisini aidiyyatı üzrə idarələrin məsul işçiləri görmürlər, ya da görməzdən gəlirlər. Əslində kimsənin xəbəri olmadığına inanmaq təbii ki, sadəlövhlük olar, amma yeri gələndə bir çox yerlərdə aidiyyatı qurumların məsul işçiləri"məlumatsızıq" cavabı ilə yaxasını kənara çəkməyə çalışdıqlarını az görmədik. Odur ki, gördüklərimizi aidiyyatı üzrə Xətai rayon İcra Hakimiyyətinə də bildirmək üçün rəsmi internet səhifəsində qeyd edilən telefon nömrəsinə zəng etdik. Çox dövlət qurumlarında olduğu kimi dəstəyi qaldıran olmadı. Ardından, İctimai-siyasi və humanitar məsələlər şöbəsimin Müdiri Pənah İmanova zəng etdik. O da şəxsi votsap nömrəsini bizə verib, bəhs etdiyimiz ərazilərin ünvanlarını və əldə etdiyimiz görüntüləri göndərməyimizi xahiş etdi. Ünvanı yazdıq, fotogörüntünü göndərdik. Amma, 3 gündür nə bir cavab var, nə də ki, bir xəbər. Odur ki, mövzuya yenidən qayıdacağıq. Redaksiyamız hər kəsin söz haqqını tanıyır. DogruXeber.az Geri qayıt |