Əsas Səhifə > Siyasət, Manşet > Aydın Bəşirovun oğlunu da işdən çıxarırlar

Aydın Bəşirovun oğlunu da işdən çıxarırlar


8-01-2014, 10:27
Aydın Bəşirovun oğlunu da işdən çıxarırlar
DİA.AZ: - Dünən Dövlət Xəzər Dəniz Gəmiçiliyi idarəsinin sabiq rəisi Aydın Bəşirovun ov fotoları yayılan oğlu ilə bağlı əldə etdiyimiz bilgiləri diqqətinizə təqdim etdik. Bu gün isə sabiq məmurun digər övladı ilə bağlı informasiyalar yayılıb. Belə ki, Aydın Bəşirovun oğlu Ağəmi Bəşirov hazırda İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktoru vəzifəsində çalışır.

Bildirək ki, Aydın Bəşirov görəvindən alındıqdan sonra onun mövqelərinə ciddi hücumlar müşahidə olundu. Mətbuatda barəsində ilginc informasiyalar yayılan keçmiş idarə rəisinə qarşvı hətta 27 milyon manatlıq büdcə vəsaitini mənimsəməsi haqda iddialar da irəli sürüldü.

Doğrudur, bu iddialar Aydın Bəşirovun şəxs tərəfindən təkzib olundu. Amma ortada kifayət qədər qaranlıq məqamlar var ki, onlardan biri də keçmiş məmurun hədəfdə saxlanılmasıdır. Yəni hələ də anlaşılan deyil ki, vəzifəsindən alınan Aydın Bəşirov kimlər tərəfindən nişangahda saxlanılır.

Bu hücumların isə daha bir nəticəsi müşahidə oluna bilər. Bu barədə DİA.AZ-a hökumət içindəki mənbələrdən xəbər daxil olub. Əldə etdiyimiz informasiyalarda qeyd olunur ki, Aydın Bəşirovun zavod direktoru olan oğlu da işini itirə bilər.

Mənbənin söylədikləri: «Hələlik bu barədə qəti qərar verilməsə də, Ağəmi Bəşirovun İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun direktoru postundan azad ediləcəyi şübhəsizdir. Buna ciddi tədarük var».

Geri qayıt